İran rejimi on iki nəfər cənublu soydaşımızı həbs edib

 

Son Qarabağ müharibəsi zamanı İranın Azərbaycana qarşı apardığı düşmənçilik fəaliyyətinə hər gün yeni faktlar əlavə olunur. Artıq hakimiyyətə yaxın olan “Kalibr” kanalında yayımlanan məlumata görə, İranın “Xudafərin su anbarını müdafiə etmək” bəhrəsi ilə Azərbaycan ordusuna qarşı, Azərbaycan ərazisinə hərbi qüvvə çıxardığı və həmin hərbi qüvvələrin Azərbaycan ordusunun hücumunun müəyyən qədər qarşısının alması faktları üzə çıxıbdır. Bu isə düşmənin işinə yarayıb və Azərbaycan ordusunun itki verməsi və manevr imkanlarının məhdudlaşması ilə nəticələnib.
Bu gün Azerfreedom TV – də verilən, hələ ki, rəsmi olmayan məlumata görə, İranın ermənilərlə arasında tunel vasitəsi ilə də gizli əlaqəsi olub və həmin tunellə İran Ermənistana silah – sursat ötürüb. Bütün müharibə dövrü İran öz ərazisindən tranzit kimi Rusiyanın Ermənistana hər cür yardım etməsinə canla – başla icazə veribdir. Rusiyanın bu yardım karvanlarına bəzən bizim cənublu soydaşlarımız mane olsalar da, nəticə etibarilə İran və Rusiya Ermənistana hər cür yardım ediblər və bu gün də edirlər.
Mühacirətdə yaşayan cənublu soydaşımız Əlyar Türkerin verdiyi məlumata görə bu günlərdə İran rejimi, özünün alçaq xislətinə uyğun olaraq, on iki nəfər cənublu gənc soydaşlarımızı həbs edib. Həbs olunanların hər birinə 15 ay həbs cəzası verilib.
Təəssüflər olsun ki, Azərbaycan xalqının qeyrətli oğulları həm Şimalı, həm də Cənubi Azərbaycanda təqib olunur.

PS. Son anda sosial şəbəkələrdə yayılan məlumata görə, İran rejimi həbs olunan soydaşımızın hər birinə əlavə 74 şallaq cəzası kəsib. İran rejiminin dünyaya baxışı kimi orta əsrlərdən qalma bu anti – insani metodla verilən cəza küçədə, xalqın gözü qarşısında, cəza çəkənin ağaca bağlaması ilə həyata keçirilir.
Ordumuza qarşı törədilən
Tərtər cinayətlərini müşahidə edərkən bir daha məlum olur ki, xalqımız həm Şimalı, həm də Cənubi Azərbaycanda düşmənlər tərəfindən idarə olunur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın