İran rəsmiləri Azərbaycan dövlətindən üzr istəməlidir

 

İran atdığı addımla demək olar ki, bir neçə ölkəni gələcəkdə ola biləcək müttəfiqlikdən uzaq salır.Canfəşanlıqla Ermənistan tərəfindən israrla çıxış etməsi, sonda İranı tək qalmağa vadar edəcək.İran tutduğu mövqedən əl çəkmədikcə, öz əhalisini və ölkəsini təhlükə altına atmış olur.Belə ki, iqtisadi əməkdaşlıq yönündə ölkələrlə soyuq münasibət, İranın iqtisadi baxımdan tənəzzülə uğramasına gətirib çıxara bilər. Öncə Türkiyə, sonra isə Gürcüstanın quru yolla İran nəqliyyat vasitələrinə qadağa qoyması, rəsmi Bakı ilə Tiflis arasındakı tərəfdaşlığın, müttəfiqliyin hansı dərəcədə olduğunu büruzə verir

Gürcüstanın bu jesti İrana açıq – aşkar bir mesajdır.

İranın son xəbərlərdən məlumatsız olduğunu dəqiq nəzərə alaraq qeyd edə bilərik ki, bəyanat verməmişdən öncə Ermənistan naziri Paşinyanın çıxışına qulaq assınlar. Paşinyan özü də həqiqəti dilə gətirərək, işğalçı olduqlarını və qeyd – şərtsiz torpaqlarımızı vaxtında geri qaytarmalı olduqlarını bildirib. Odur ki, nahaqdan İran özünü ortaya Rusiya kimi atmamalı və Azərbaycanla əlaqələrini pozmamalı idi. Azından münasibətlərin bu qədər gərgin olmaması üçün “səhv addım”a görə, Azərbaycan dövlətindən üzr istəməli, münasibətlərin yaxşılaşdırılması uğrunda adekvat addım atmalı idi..

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın