İran hakimiyyəti insanlara adlarına görə əngəl yaradır

 

İranda yaşayan türk ailəsi, qızlarına türk adı vermək üçün aylardır əziyyət çəkir. İranın Ərdəbil kəndində yaşayan Azərbaycan türkü görmə əngəlli küçə musiqiçisi Səccad Colani, yeni doğulmuş qızına 7 aydır ki,türk adını qoymaq üçün mücadilə edir. 34 yaşlı Səccad: “Qızıma Azərbaycan türkündə “oyan” və “diriliş” anlamına gələn Ayıl adını vermək istədik. Lakin Ərdəbildə icazə vermədilər”,- deyir. İranda dövlətin yeni doğulmuş uşaqlar üçün adlar siyahısına sahib olduğu və ailələrin adları yalnız bu siyahıdan götürə biləcəyi bildirilir. Siyahıda məhdud sayda türk adı olsa da, siyahıya daxil olmayan bir ad üçün müvafiq komissiyadan icazə tələb olunur.Bunun üçün hara müraciət etdiksə, mümkün olmadı. Səccad, anadangəlmə gözü əngəlli olduğu üçün qızının gözlərində də katarakta xəstəliyi var. Doğum səhadətnaməsi olmadığı üçün xəstəxana xərclərinin ödənişində əngəl yaranır. “Qızım 3 dəfə əməliyyat oldu. Mən küçə musiqiçisiyəm. Maddi imkanım yoxdur. Artıq xəstəxana xərclərini ödəməyə gücüm çatmır,  deyir. Qızıma bu adın qoyulmasının niyə istədiyimi soruşanda?  Bu, sadəcə bir ad qoymaq məsələsi deyil, haqq və kimlik məsələsidir.

 

Övladlarımıza öz mədəniyyətimizi bildirən və öz istəyimiz olan türk adı qoymaq istəyirəm”, – ifadələrini dilə gətirdi. 1979- cu ildən bəri eyni proses indi də davam edir. Səccad: “Sadəcə, övladlarımızın adlarına müdaxilə etməklə qalmır, türk dilində coğrafi adları belə fars adları ilə dəyişdirirlər”. Ağçay – Sefidrud, Savalan-Sebelan. Qoşaçay-Meyandoab. Görmə əngəlli musiqiçi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazilərinin Ermənistan işğalından azad olunmasını dəstəklədiyi üçün Ərdəbildə bir ay azadlıqdan məhrum edilib,sonra şərti cəza ilə azadlığa buraxılmışdır.

Ülkər Əıiyeva.

Bunu paylaş: