İran hər zaman bizə qarşı düşmən mövqeyində olub

İran yenə bölgədə vəziyyətin gərginləşməsini görüb, Rusiya kimi ikiüzlü oyun oynayır. Bu günlərdə İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayın mətbuata açıqlamasında güya rəsmi Tehranın hər zaman Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirir. Pakayın İranın Azərbaycanla bir çox sahədə əməkdaşlıq etdiyini vurğulamışdır. Lakin rəsmi Tehran hər zaman bizi dəstəkləyirsə, niyə mütəmadi Ermənistana və işğal olunmuş Azərbaycan torpaqlarına yardım edir?
Bu fars rejimi ruslar kimi heç bir zaman Azərbaycanı dəstəkləməmişdir, bunu xalqımız gözəl bilir. Sosial şəbəkələrdə kifayət qədər sübutlar, faktlar olaraq İran rejiminin dəfələrlə Dağlıq Qarabağa sayı hesabı bilinməyən yardımlarının videoları var. Hər zaman İran tərəfindən belə lazımsız informasiya verməkdənsə Rusiyada silahlanmış İranın icazəsi ilə Ermənistana uçan təyyarələrdən danışsın.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: