İran Ermənistan münasibətlərində Türkiyə amili

 

Bir neçə gündür ki, İran Ermənistan münasibətləri gündəmi zəbt etməkdədir. İran Generalkarın qəfil İrəvana səfəri hər kəsin diqqət mərkəzində idi. Bəziləri bu səfəri son vaxtlar Azərbaycan və Ermənistan gərginliyinə bağlamaq istəyir.

İran indi ayıldı ki, Ermənistan onlardan istifadə edir.
Hərdən İrana elə gəlirdi ki, Ermənistan onların dediyi ilə oturub – durur. İrandan təmənnasız Ermənistana yardımlar belə gedirdi. Bunu, hətta birinci və ikinci Qarabağ müharibəsi zamanı görə bilərik. Bir sözlə, təmənnasız elektrik enerjisi, neft, qaz demək olar ki, İran tərəfindən təmin olunmaqdadır.

Qarabağda 44 günlük müharibədən sonra Türkiyənin bölgədə güclənməsindən qorxan İran, Ermənistana qarşı sərt mövqe sərgiləməyə başlamışdır. Çünki İranın, illərdir havadarlıq etdiyi İrəvan, Qarabağ müharibəsində Tehranı oyundan kənar vəziyyətdə saxlamışdır. Bundan qəzəblənən İran isə, müharibə vaxtı Araz çayı vasitəsi ilə İrana qaçan 160 nəfər ermənini, geri qaytarmaq üçü sərtlər irəli sürmüşdür.

Yayılan məlumata görə iranlı generalların Ermənistana təklifi, 160 erməninin geri qaytarmaqla, İran hərbi bazasının Zəngəzurda qurulmasıdır. Bu təklifdən imtina edən erməni Baş Nazir Nikol Paşinyan rəsmi Tehranı məyus etmişdir.
Çünki İran anlamağa başlayıb ki, nə qədər köməklik etsə də Ermənistanın ipi Rusiyanın əlindədir.
Bu məsələdə ” İran Molla” rejimini narahat edən Türkiyədir.
Hər kəs anlayır ki, Ermənistan Azərbaycan konfliktinin iki qanuni tərəfi vardır–Türkiyə və Rusiya.

Mikayıl Əsədov.

Bunu paylaş: