İran bu dəfə həddini aşdı

Azərbaycan torpaqlarını azad etdikcə nədənsə, Ermənistandan çox İran narahat olmaqdadır. İranın bu narahatlığı əsrlərdir ki,  davam etməkdədir. İkinci Qarabağ müharibəsindən sonra Mollalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maneələr yaratmaqdadırlar. Onların dəfələrlə Zəngəzurun azad edilməsinə qarşı çıxması fars Molla rejiminin bizlərə qarşı necə münasibət yaratdıqlarını göstərməkdədir.

Bu günlərdə Mollalar bir az da irəli gedərək, Azərbaycanı hədələmişlər. Onlar Naxçıvana qarşı təxribatlar törədərək,  ümumilikdə Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməkdədirlər.

Məsələ burasındadır ki, fars rejimi guya Azərbaycan adlı dövlətin olmadığını qeyd etmişlər. Bəli,  dünyada bir çox dövlətlərin adında dəyişiklik ola bilər. O, demək deyil ki,  ad dəyişməklə millət, mədəniyyət, dil, kök dəyişir. Əgər Mollalar Azərbaycanı inkar edirsə, ilk növbədə  öz tarixinə baxsın.
Məsələ burasındadır ki,  1918 – ci ildə Azərbaycan adlı dövlət olanda, İran Molla rejimi adı dünyaya hələ gəlməmişdi.
Azərbaycanı ittiham edən farslar ilk növbədə özlərinə baxsalar, daha yaxşı olardı.

Digər tərəfdən isə, Naxçıvanı təhdid edən cənub qonşularımız bir daha bilməlidir ki, bu belə davam edərsə,  qarşılarında hər an böyük türk ordusunu görə bilərlər. O,  Türk ordusu ki, İranda 40 milyon əsgəri vardır.

Belə vəziyyətdə molla rejiminin özünü yaxşı aparması gərəkdir. Ən azından fars molla rejimi anlamalıdır ki,  türk dünyası əvvəl – axır işğal edilən hər qarış vətənini azad etmək üçün geri qayıdacaqdır!.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın