İran Ərbili niyə vurdu?

İran İnqilabı Keşikçiləri Korpusu İraqın Ərbil şəhərində yerləşən Amerika konsulluğuna endirilən raket hücumlarını öz üzərinə götürmüşdür. Mart ayının 12-dən 13 – nə keçən gecə İraqda yerləşən Amerika nümayəndəliyinə 12 raket zərbəsi endirilmişdir.
Hələlik itkilər barədə heç bir məlumat yoxdur.

Rəsmi Tehran tərəfi iddia edir ki, hücumların məqsədi İsrail Xüsusi Xidmət Orqanının (MOSSAD) nümayəndələrini zərərsizləşdirmək idi.
Mollaların fikrincə, həmin zaman İsrail və Amerika XXO tərəfindən gizli görüş keçirilməkdə idi.
İran bunu onların nüvə alimlərinin və generallarının intiqamını alması kimi dəyərləndirməkdədir.

Amerika tərəfdən heç bir rəsmi məlumat verilməsə də, Prezident Administrasiyası hücumu müzakirə etdiklərini açıqladı. Onlar İranı birbaşa təhdid dilində danışdığını dilə gətirdi.

Hələlik Vaşinqtonun başının Ukrayna-Rusiya, Çin – Tayvan məsələsinə qarışdığını görən mollalar vəziyyətdən istifadə etməyə başlamışlar.

Digər tərəfdən isə, İran Amerikaya sanki bir mesaj vermək istəyir. O, bununla Rusiyanın yanında olduğunu və hər an bölgədə yeni cəbhə aça biləcəklərini qeyd etmək istəyir. Tehran demək istəyir ki, Rusiya Ukraynanı işğal edir, Çin Tayvana hüçuma hazırlaşır, mən də İsrailə qarşı hücuma keçə bilərəm.
Görünür, 3 – cü dünya müharibəsi bir neçə nöqtədə başlaya bilər.
Vaşinqton hələlik açıq mövqe bildirməsə də, Ukrayna və Rusiya müharibəsindən sonra İrana sərt cavab verəcəkdir. Bundan sonra zərbə endirmək haqqının İsrail və Amerikanın tərəfinə keçdiyini demək olar. Vaşinqton və Jerusəlimin cavabının Tehrana çox sərt olacağını deyə bilərik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın