İran özünü bu cür göstərmək istəyir, lakin…

 

Bildiyiniz kimi, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyani Rusiya səfəri zamanı həmkarı Sergey Lavrovla görüşmüşdür. Jurnalistlər qarşısına çıxan hər iki dövlətin XİN-nin verdiyi cavablardan görünür ki, bu səfərin məqsədi Azərbaycanı Rusiyaya şikayət etməkdir. Nəticədə Sergey Lavrov açıq şəkildə Azərbaycanın haqlı mövqedə olduğunu bildirdi. İran tərəfi gah İsrail, gah Türkiyəni, gah Azərbaycanı şikayət etsə də konkret olaraq Rusiya tərəfindən dəstək ala bilmədi.

Bəs görəsən İran niyə bu qədər narahatdır?

Mədsələ burasındadır ki, Azərbaycan Qarabağı azad etdikdən sonra, demək olar ki, böyük layihələrdən rəsmi Tehranın kənarda qalması mollaları narahat etmişdir. Bir sözlə, İranın məqsədi “özünü, geopolitik oyunu kimi aparmaq” istəyidir. Rusiya səfəri isə mollalara göstərdi ki, Qafqazlarda Moskva və Ankara söz sahibidir. Yəni Lavrovun çıxışına fikir versək görərik ki, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın haqlı olduğunu tam qeyd edir. Göründüyü kimi, mollalar Moskva səfəridəndən suyu süzülə – süzülə qayıtdı. Rəsmi Tehran ən yaxşı halda 3+3 formatından yararlana bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın