İran, öncə Azərbaycanı, sonra İsraili hədəfə alıb

 

 

İlham Əliyevin Anadolu agentliyinə müsahibəsindən sonra Rəsmi Tehran dilə gəlib. İran XİN-nin mətbuat xidmətinin sözçüsü Səid Xətibzadə yerli “Mehr” agentliyinə verdiyi açıqlamada, İran – Azərbaycan sərhəddində keçirilən təlimlərə aydınlıq gətirib. Azərbaycan tərəfinin haqlı danışığını həzm edə bilməyən İran sözçüsü, bunu “məyusedici” hal olaraq qələmə verib.

Nyu-Yorkda keçirilən görüş zamanı İran və Azərbaycan nazirləri arasında bu mövzu barədə razılıq əldə olduğunu Səid Xətibzadə açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, İran hər hansı ərazinin işğal olunmasına qarşı olduğunu, ölkələrin suverenliyinə, sərhədlərinə və ərazi bütövlüyünə hörmət edib.
Bundan əlavə, İran XİN İsrailin bölgədəki fəaliyyəti barədə narahatlığını ictimaiyyətə çatdırıb.

30 il Azərbaycan torpaqlarının suverenliyi və ərazi bütövlüyünə hörmət etməyən İran( illərlə işğalçı Ermənistana yardım edən) dövləti, nədənsə, öz torpaqlarını doğma bilib İsrailə barmaq silkələyir.Keçirilən təlimləri öz regionunun sabitliyi üçün qeyd edən İran, İsraili sionist fikirlərindən daşınmaları ilə hədələyir. Lazım gələrsə, hərbi yolla öz təhlükəsizliklərini təmin edəcəklərini israrla vurğulayırlar

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın