İranın ikiüzlülüyü

Azərbaycanlı olan özlərini İran fanatları kimi aparan və hansı mənsəbə qulluq etdiyi bilinməyən şəxslərə üzümü tutub demək istəyirəm. İndi qeyd edəcəyim faktlar İran hakimiyyətinin necə ikiüzlü olduğunu göstərəcəyik.

Bilirik ki, Türkiyə illərdir Suriya və İraqdan gələn terror təhdidlərindən əziyyət çəkməkdədirlər. Terrorçulara cavab vermək üçün qardaş ölkənin həm daxili işi və beynəlxaq hüquq borcu olduğunu bilirik. Türkiyə illərdir ki, bu terrorla Suriya və İraq ərazilərində mübarizə aparır.

Bilirik ki, Türkiyəyə Suriya ərazisindən böyük terror təhdidi vardır və rəsmi Ankara bu xainlərə cavab vermək üçün Suriya ərazisində anti-terror əməliyyatları keçirmək fikrində idi.

Bir neçə gün bundan əvvəl İranın Xarici İşlər naziri Hüseyn-Amir Abdullahian Türkiyəyə rəsmi səfər etdi və həmkarı Mövlud Çavuşoğlu ilə çıxışı zamanı qardaş ölkənin haqlı mövqeyini dəstəklədi.
Lakin Abdullahian Türkiyə səfərindən sonra Suriyaya səfər etdi və Bəşər Əsədlə danışdıqdan sonra rəsmi Ankaraya qərəzli fikirlər səsləndirdi.

Kimlərsə buna şübhə etməsin — bu, İranın anadangəlmə xarakteridir. İran hər zaman bizlərə qarşı qorxu və iki üzlü mövqe tutmuşdur.
Bu gün zəncirlə özünü fəda edən ağılsız azərbaycanlılara demək istərdim ki, bu qədər sübutlar sizlərə bəs deyilmi?.
İllərdir ermənilərə təmənnasız dəstək olan, Türkiyəyə qarşı qara güclərin yanında olan və bölgədə min cür bəhanələrlə bizlərə təzyiqlər etmək istəyən İrana nə zamana kimi qardaş deyəcəksiniz?
Bəziləri anlamalıdır ki, əsl din düz, real və sədaqətli olmaqdan keçir. Bu gün isə İranın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətinin bir daha şahidi olduq.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın