İranın Azərbaycan Türklərinə qarşı növbəti düşmənçiliyi

İranın İdman Naziri Məsud Sultanifər tərəfindən bu günlərdə İran fars rejiminin Azərbaycan türklərinə qarşı qərəzli mövqeyi bir mənalı qarşılanmayıb. Söhbət ondan gedir ki, idman naziri bir neçə gün əvvəl İranın futbol kubokunun qalibi olmuş Təbrizimizin Traktor futbol klubunu təbrik etmək əvəzinə, Traktor klubumuza finalda uduzan İstiqlal komandasını təbrik edib. Bu barədə Traktor klubumuzun prezidenti Məhəmməd Rza Zunizi öz etirazını bildirərək söyləmişdir :
-Budurmu ədalət?
Artıq illərdir ki, Azərbaycan türklərinə qarşı İran rejimi həmişəki kimi qərəzli mövqe tutur . Bu barədə Azərbaycanda İran rejiminə sevgi ilə yanaşanlara bir daha bildirmək istərdim ki, səni əzənə, səni təhqir edənə yaxşı baxın və düşünün.
Xatırladaq ki, sentyabrın 3 -ü Təbrizimizin Traktor klubu Tehranın İstiqlal klubunu məğlub edərək, İran kubokunun sahibi olublar.

İmza; Mikayıl Əsədov.

 

Bunu paylaş: