İrakli Qaribaşvilinin Azərbaycana səfərində Saakaşvili amili…

 

Dünən Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüşdür. Görüş zamanı, hər iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji və s kimi məsələlər öz həllini tapmışdır. Daha sonra Gürcüstan, Azərbaycan, Türkiyə hərbi təlimlərinin birgə keçirilməsi müzakirə olunmuşdur. Yaxın zamanlarda hər üç ölkənin Hərbi təlimlərinin Gürcüstanda keçirilməsi nəzərə alınmışdır.

İrakli Qaribaşvilinin İlham Əliyevlə görüşündə əsas qaranlıq məqamlardan biri hər ikisinin mətbuat konfransı zamanı ingilis dilində danışmasıdır. Bu görüşün ilk qaranlıq məqamı olduğunu qeyd etmək olardı.

Gürcüstan Baş Nazirinin ölkəmizə gəlməsinin əsas sabəbi nədir?
Yaxın zamanda Gürcüstanda bələdiyyə seçkilərinin baş tutacağından hər kəs xəbərdardır.
İrakli Qaribaşvilli və İlham Əliyev görüşünün ilk məqsədi Mixeyil Saakaşviliyə təsir etməkdir. Hamı bilir ki, İlham Əliyev və Mixeyil Saakaşvili arasında uzun sürən dostluq əlaqələri mövcuddur. Gürcüstan rəhbərliyini də Saakaşvilinin öz vətəninə geri dönməsi çox narahat edir.Mixeyil Saakaşvili bir neçə gündür ki, oktyabrın 2- də Gürcüstana geri dönəcəyini bildirmişdir. O, artıq bilet aldığını da elan etmişdir. Sabiq baş nazir oktyabr ayının 6 – da, bələdiyyə seçkilərini hədəfə aldığını qeyd etmişdir. Bu çıxışı ilə Gürcüstan rəhbərliyini və bəzi qüvvələri də narahat etmişdir. Buna görə də Sarkaşviliyə son təsir edəcək adam İlham Əliyev olduğundan, Qaribaşvilli bunu xahiş edəcəkdir.

Bu görüşlə bağlı son fikirlərimiz isə, Ermənistan Baş Naziri Nikol Paşinyanın vasitəçi kimi Gürcüstan Baş Nazirindən xahiş etməsidir.
İnanırıq ki, bu görüşün detalları barədə yaxın vaxtlarda Azərbaycan hakimiyyəti ictimaiyyətə xəbər verəcəkdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın