İrəvan yenə ATƏT-in Minsk qrupunu bölgəyə gətirmək istəyir…

Ermənistan Azərbaycan arasındakı sülh məsələsi hələ ki, getdikcə uzanmaqdadır.
Bu yaxınlarda Azərbaycan tərəfi münasibətlərin yaxşılaşdırılması üçün, Ermənistana beş bənddən ibarət sülh planı göndərmişdir. Bu şərtlər aşağıdakılardır…

1) Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.

2) Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi.

3) Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək.

4) Dövlət sərhəddinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması.

5) Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Görünür, Bakının bu cavabına İrəvan razılıq vermək fikrində deyil. Nümunə olaraq Zəngəzur dəhlizi məsələsində Nikol Paşinyan məsələni uzatmaqla özünü tələyə salmış oldu. Azərbaycan isə, vaxtdan səmərəli istifadə edərək İranla Zəngəzur dəhlizinə paralel alternativ müqavilə bağladı. Bu siyasət Ermənistanı bölgədə mühüm iqtisadi platformadan təcrid etmiş oldu. Neft, qaz, beynəlxalq nəqliyyat siyasətindən kənarda qalan Ermənistan indi də öz düşüncəsi ilə, Azərbaycana naz edir.

Rəsmi Bakının beş bəndlik sülh planına Ermənistanın qərara verib- verməyəcəyi bir o qədər də vacib deyil. Belə ki, Azərbaycan tərəfi istənilən vaxt öz gücünə bunları etməyə qadirdir. Ordumuz hər an əməliyyatlara başlamaq hüququna da malikdir.


Ermənistan tərəfi isə, hər zamankı kimi, bölgəyə Qərbi gətirmək istəyir. Azərbaycannın sülh təklifi cavabına isə, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan belə cavab vermişdir:” Biz sülh danışıqlarına, ATƏT-in Minsk qrupu çərçivəsində başlamağa hazırıq”. Mirzoyanın bu çıxışında açıq şəkildə təxribat olduğunu görmək o, qədər də çətin deyil. Ermənistan tərəfi əsasən Fransanı bölgəyə gətirməklə öz mövqeyini möhkəmləndirmək istəyir.
Hətta Türkiyə XİN-i Mövlud Çavuşoğlu Ararat Mirzoyana bu barədə xəbərdarlıq etmişdir.
O, erməni həmkarına:”məsələni öz aranızda həll edin”,- demişdir.
Digər tərəfdən də, Türkiyə Ermənistana bu sözlərlə xəbərdarlıq etmiş oldu. Mövlud Çavuşoğlu bir daha, başqalarının məsələyə qarışmasına imkan verməyəcəyik mesajını verdi.

Ermənistan da anlayır ki, İlham Əliyev ATƏT-in Minsk qrupunun bölgəyə yenidən qayıtmasına imkan verməyəcəkdir. Bu səbəbdən vəziyyəti uzatmaq istəyir. Digər tərəfdən də anlayır ki, bu, Bakının son xəbərdarlığı ola bilər. Hər halda, Qarabağ Azərbaycan torpağıdır və istənilən zaman ordumuz orada anti-terror əməliyyatları keçirə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın