İqtidar Tofiq Şahmuradovla birlikdə Əli Kərimlinin də kim olduğunu və hansı məsuliyyəti daşıdığını göstərdi!

“Tərtər 1767” cinayətini təşkil edən, hərbçilərimizin qanına əli bulaşmış hakimiyyətdə olan qətliamçı çətənin üzvlərindən olan Tofiq Şahmuradovun 1 ay müddətinə inzibati həbs edildiyi deyilir. Bu məxluqun həbsi, görünür, bəzilərini narahat etmişdir.
Tofiq Şahmuradova siyasi məhbus adı vermək istəyən AXCP – nin rəhbəri bununla kimə xidmət etdiyini ortaya qoymuş oldu. Təəssüflər olsun ki, bu partiyanın üzvləri də bu ana qədər onun kim olduğunu bilmirdilər. Düzdür, AXCP nümayəndələrinin çoxu bu partiyada nəyə xidmət etdiklərini özləri də bilmir. Çoxları fanat olaraq Əli Kərimlini özlərinə lider hesab edirlər.

Bu gün Tofiq Şahmuradov kimi qatili müdafiə edən Əli Kərimli bilmədən rejimin hansı oyunu apardığının üstünü açdı.
Gəlin səbəbləri və nəticəni araşdıraq…

Bu gün rəsmən aydın olundu ki, AXCP rəhbəri Əli Kərimli İlham Əliyev hakimiyyətinin adamıdır.
Niyə və hansı əsasla?
Bilirik ki, Azərbaycan hakimiyyəti ölkədə elə siyasət aparır ki, xalqın heç bir partiyaya inamı qalmır. İlham Əliyev rejimi bununla insanları siyasi partiya ətrafında birləşməsinə mane olur.

Bu gün İlham Əliyev çaldığı havanı Əli Kərimli bu cür məharətlə oynamağa başladı.
Bilirik ki, Tofiq Şahmuradovun əli “Tərtər 1767” cinayətinə batmış və bu terroru törədən çətənin üzvlərindəndir. Əli Kərimli isə, onu müdafiə etməklə xalqın fikirlərində müxalifətə inamsızlıq yaratmaqdadır. Bu isə İlham Əliyev rejiminə yarayan bir siyasətdir. İllərdir ki, hakimiyyət müxalifət adı altında partiyalar yaradaraq xalqı nəzarətdə saxlamaqdadır. Bu gün biz tam şahidi olduq ki, AXCP – nin sədri kimin agentidir. Bu da onu göstərir ki, 30 ildir İlham Əliyev rejimi Əli Kərimli kimilərini bizlərə müxalifət kimi sırımaqdadır. Bu gün yaxşı olar ki, AXCP üzvləri yaxşı düşünsünlər və hansı səbəbə bu yolda olduqlarını anlasınlar. Bir sözlə, bu gün iqtidar niyyətini ortaya qoymaqla Əli Kərimli masqasını yerə salmış oldu.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın