İqbal Ağazadə hansı qrupun adamıdır?

 

 

“Bismilləhir rahmənir rahim” İnsanlığa sığmayan, xalqımıza qarşı Rusiya kəşfiyyat orqanlarının “milli satqınlarımızın” əli ilə həyata keçirdiyi Tərtər hərbi hissəsində törətdiyi faşist əməlləri bütövlükdə Azərbaycan cəmiyyətini dəhşətə gətirmişdir. Bu hadisələrin zərər çəkmişləri və şahidləri uzun müddət qorxudan acıları içində çəkərək ortaya qoya bilməmişlər. Hazırda bu cinayətlərin ortaya çıxması dəhşətləri ilə yanaşı, Azərbaycan hakimiyyətində təmsil olan bir çox yüksək rütbəli şəxslərin kimliyini ortaya çıxartdı. Bu cinayətkar şəbəkənin ifşa olunmasında “AzerFreedom TV Youtube” kanalının rəhbəri Qurban Məmmədlinin xüsusi rolu danılmazdır.


Hadisə ortaya çıxdığı gündən Azerfreedom kanalı, müzakirələri gündəmdə saxlamaqla təkcə zərər çəkmişlər yox, baş vermiş faciəyə cavabdeh şəxslər müəyyən faktları və münasibətləri sərgiləməkdədir. Bir həftə öncə hadisələrdə cavabdeh qismində adı hallanan şəxslərin fikirləri, içərisində “Ümid Partiyası” nın sədri İqbal Ağzadənin fikirləri Hikmət Həsənovun müdafiə edici və deyilənlərə şübhə gətirici ifadələri, Qurban Məmmədli tərəfindən məntiqli suallar qoyduqdan sonra onun efirdən uzaqlaşması həm zərər çəkmişlər tərəfindən, həm də hadisəni izləyən tamaşaçılr tərəfindən qəzəblə qarşılanmışdır. Əslində İqbal Ağazadə bu çıxışı ilə çoxluğa məlum olmayan əsil mahiyyətini və kimliyini ortaya qoydu. Həmçinin də partiya sədri olaraq hansı komandaya xidmət etdiyini bilmədən işarəsini biruzə verdi.

12.04 2021 ci tarixdə Əvəz Zeynalının aparıcılığı ilə “Xural tv” – də “AXH” təşkilat Komitəsinin sədri Mirmahmud Mirəlioğlunun debatı oldu. Debat zamanı mövzu olaraq İqbal Ağazədənin “Azerfreedom TV” -də çıxışı gündəmə gətirildi. Mirmahmud Mirəlioğlunun məntiqli çıxış və sualları qarşısında İqbal Ağazədə əvvəlki çıxışın mahiyyətini ustalıqla başqa motiv verməklə özünü müdafiə etmək cəhdini göstərdi. Amma nəzərə almadı ki, yalan elə bir əməldir ki, o öz sahibinin davranışında, sifətində və hətta mimimikasında iz buraxmamış keçmir. İqbal Ağazadə bu dəfə hadisənin müdafiəçisi yox, uca tonla: Hakimiyyət komisiya yaratmalıdır – deyə tələbkar qismində özünə obyektiv və ədalət imicini yaratmaq istədi.

Nə isə…! Gəlin görək İqbal Ağazadə partiya sədri kimi hansı fəailiyyət göstərib və kimə xidmət göstərmişdi? Suala cavab verməzdən əvvəl bəzi olanlara aydınlıq gətirmək istəyirəm. Nəzərə alsaq ki, parlament bir neçə oliqarxların və hakimiyyət daxilində müəyyən qrupların vasitəsi ilə həyata keçirilmişdir. Bəs belə olan halda İqbal Ağazadə hansı qrupun üzvüdür sualı ortaya çıxır. Sualın cavabını isə 2010 – cu ildə onun parlamentə seçilməsi dövründə, fakt olaraq Xətai rayonunda 33-cu seçki dairəsində namizədlər arasında İqbal Ağazadə dövlət strukturu (Orta məktəblər, bağçalar, hərbi məktəb, qapalaı müəssə -pendesial) və s. tərəfindən dəstəkləndiyi ortaya çıxdı. O, dövürdə İqbal Ağazadəyə keçmiş MTN rəhbəri Eldar Mahmudovun dəstək verdiyi siyasətçilər arasında danışılırdı. Ölkədə o qədər yalan və dezinformasiya olduğundan hər şeyə inanmasam da, Eldar Mahmudovun vəzifədən kənarlaşdıqdan sonra İqbal Ağazadənin parlamentə buraxılmaması deyilənlərin həqiqətin böyük ehtimalla ortyaya qoydu. Bir də nəzərə alısaq ki, istər parlamentdə və istərsə də fərdi çıxışlarında İqbal Ağazadə radikal çıxışlar edərək əsil müxalifət obrazı yartmaq niyyəti olsa da, əsil mahihiyyəti özünü gizlətmək olmuşdur. Belə ki, mövcud rejim və müxalifət arasında olan münasibətləri gördükdə “Beton” zavodunun necə çalışdığını hamıda sual doğurur. Əslində sualdan çox isə İqbal Ağazadənin kimliyi cavablanmaqdadır.
Yadınıza salım ki, İqbal Ağazadə bir neçə gün bundan öncə müstəqil Tv-lərin birində səhv etmirəmsə, Xural tv-də açıq ritorika ilə Musavat partiyasının başkanı Arif Hacılıya 3 (üç) miyon manat pul verildiyini bildirdi. Amma indiyə qədər Musavat partiyasının başkanı deyilən sözü təkzib etmədi. Deyilənlərin təkzib olnmaması faktın təsdiqinə işarədir.

Əslində İqbal Ağazadə bu faktları ortaya qoymaqla, qarşıdakını ittiham etməklə yanaşı, özünündə haraya bağlı olduğunun mahiyyətini ortaya qoydu. Bu gün də, hakimiyyətdə “5- ci kolon” üzvlərinin vəzifəsindən kənarlaşdırılması və daxili savaşın müxalifət donu altında tərafdarlarını ortaya çıxarır. Tərtər hadisəsinin törədənlərin də hara bağlı olduğunu bildikdə hadisələri qarışdıran, cavabdeh qismində olan şəxsləri müdafiə edən İqbal Ağazadə kimilərin, kimliyini bilmək çox da çətin məsələ deyil.
Hakimiyyət daxilində imperiyanın təpkilərinə baxmayaraq güclü təmizləmə işi aparılır. Ümüdvaram ki, bu iş uğurla başa çatacaq və çox daş altda gizlənmiş ilanlar üzə çıxacaqdır.
Allah dövlətimizi qorusun, Allah adı adımızdan, qanı qanımızdan olan xainlərə ləənət eləsin! Amin!.,

Tahir Abbaslı.

 

Bunu paylaş: