İnsanlar və vələdüzinalar

 

 

 

Bu gün Azərbaycan xalqının dostu, köhnə bakılı, hazırda isə İsraildə yaşayan video – bloger Roman Çıpin öz çıxışlarını Youtub kanalında dayandırdı. Əlbəttə, bu, Azərbaycanın rusdilli əhalisi üçün gözlənilməz və məyusedici xəbər oldu. Bu barədə sonra… Azərbaycanı hər birimiz kimi, bir çoxlarından isə daha çox sevən R. Çıpinin iki gün əvvəl elə Youtubda paylaşdığı bir yazını sizə təqdim edirəm:

“Konfliktin strategiyası

Rusiyanın və Ermənistanın təcrübəsindən istifadə edərək Azərbaycanda müstəqil təşkilatlar yaratmaq və bu təşkilatları ideoloji sahədə silahlandmaq lazımdır. Həmin təşkilatları hörümçək toru kimi təşkil etmək ki, Rusiyanın məhkəmə sisteminə təsir imkanı əldə etsinlər.
Azərbaycanın bağladığı müqavilə ( 10 noyabr, üçtərəfli müqavilədən söhbət gedir) sadəcə müqavilədir, razılaşma deyil, yəni dəyişə bilər.
Azərbaycan tələb etməyi öyrənməlidir, o cümlədən:
1. Sülhməramlıların BMT tərəfindən təşkil edilməsi
2. Rusiya Müqaviləni yerinə yetirə bilmirsə, onların Türkiyə ilə əvəz edilməsi.
3. Ermənistan öz vədlərini yerinə yetirməyənə qədər tranzit qaz kəmərinin çəkilməsinin dayandırılması.
4. Hərbi cinayətkar Araik Arutunyanın Azərbaycana təhvil verilməsi.
5. Müharibədən əvvəl və sonra Azərbaycan ərazisinə daxil olan olan bütün işğalçıların deportasiya edilməsi.
6. Terrorçuların təbliğatını aparan bütün strukturların ləğv edilməsi.
7. İşğalçıların bayrağı və digər simvollarının Azərbaycan tərəfi ilə razılaşdırılması.
8. Azərbaycan ərazisinə daxil olmağa ölkənin gömrük və sərhəd qoşunlarının nəzarətinin təşkili edilməsi.
9. Sülhməramlıların BMT mandatı olmadığı üçün onlar Azərbaycanın Razılaşdığı Rus Ordusu ( ARRO) adlandırılması.
10. İstənilən bayraq, şüar, simvollar, mitinq və başqa tədbirlər Azərbaycanın razılığı ilə keçirilməsi.
11. Silah saxlayan, zorakılığa çağıran hər bir şəxsin həbs olunması. Faşist heykəlinin uçurulması.
12. ARRO ərazisində yaşayanların, köçənlərin tam siyahısı təqdim edilməsi.
13. Bütün tikinti işlərinin Azərbaycan tərəfi ilə razılaşdırılması.

Roman Çıpin ”

PS: yəhudi əsilli bir həmvətənlimiz uzaq İsraildə öz şəxsi işini ataraq, vaxtını sərf edərək Azərbaycan haqqında düşünür, blogerlik edir və ortaya bir vətənpərvər mövqeyi qoyur.
Azərbaycan Ordusunun etibar edildiyi Hikmət Həsənov, Xanlar Vəliyev, Zakir Həsənov kimi satqın generalları və onların əlaltıları isə, Azərbaycan dövlətindən yüksək maaş alaraq düşmən qarşısında duran Vətənin say- seçmə oğullarının qanına susayıb onlara ağılagəlməz işgəncələr veriblər, öldürüblər və nə qədər ailələri başsız qoyublar.


Roman Çıpınin bu siyahısına nəyisə əlavə etmək, nəyisə dəyişmək olardı. Amma söhbət onda deyil. Məsələ ondadır ki, insanlıq nə dinlə, nə millətlə nə də maddiyyətlə bağlı məsələ deyil, bu qan və gen məsələsidir. Kimi bir insandan, kimi isə, M. Sabir demişkən, “şəkli – insan olan heyvandan”, yaxud da zinadan əmələ gəlmişdir.
Doğrusu, haram və qan üstündə qurulmuş bu rejimdən yaxşı nəsə gözləmək, şeytandan pay ummaq qədər absurddur.
İnşallah, bu şeytanları cəhənnəmə qovmağın vaxtı – “qiyaməti” yetişir.
Bu yolda çalışanlara Uca Allah yar və yardımçısı olsun. Amin.

Şahin Sirvanlı.

 

Bunu paylaş: