İnsanları maraqlandıran 50 manat deyil, Mirzoyevanın kimliyidir!

 

Bakı şəhəri 20 yanvar küçəsidə yerləşən Texniki-Humanitar Liseyində biabırçılıq baş vermişdir. Həmin liseyin valideyninin verdiyi məlumata görə, direktor Kəmalə Mirzoyeva elan etmişdir ki, şagirdlər hər ay 50 manat gətirməyəcəyi halda, məktəbə buraxılmayacaqlar. Lakin bu günə kimi valideynlər də anlamırlar ki, şagirdlərdən hər ay yığılan 50 manat hansı məqsədlər üçündür.

Təhsil Nazirliyindən verilən məlumata görə məsələ ilə bağlı artıq araşdırmalar başlanmışdır. Açığı desək, Kəmalə Mirzoyeva kimi insanlar bu gün təhsil sahələrində at oynatmaqdadırlar.

Deyə bilərik ki, Azərbaycanda təhsil müəssisələrində korrupsiya, rüşvətxorluq, yuxarıdan tapşırıqlar baş alıb getməkdədir. Yəni Texniki-Humanitar Liseydə baş verənlərə təəccüblənmək lazım deyil. İndiki hakimiyyətin qanı korrupsiya və rüşvətlə dövr etdiyindən, kiçik səviyyədə olan insanları ittiham etməyə gərək yoxdur.

Bizi daha çox maraqlandıran Kəmalə Mirzoyevanın kimliyidir.

Əlavə etmək istərdik ki, Kəmalə Mirzoyevanın soyadına diqqət yetirilsin; Niyə Mirzəyeva yox, Mirzoyevadır?. Yaxşı olar ki, bu tip insan adları və soyadları araşdırılsın. Bəlkə də Ermənistanın yeni Xarici İşlər naziri Ararat Mirzoyanlanla Kəmalə Mirzoyevanın qohumluq əlaqəsi vardır. Adların və soyadların dəyişdirilməsi yalnız ermənilərə məxsus olduğundan, Kəmalə Mirzoyevanın da soyadı və hərəkətləri insanlarda şübhə yaradır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın