İllər öncə Tərtərdə nələr baş verib?

 

Ana öz oğlunu döyüşə bu sözlərlə yola saldı:”Oğul, sağ get, salamat qayıt, çalış yaralansan sinəndən yaralan, əgər kürəyindən yaralansan, südümü sənə halal etmərəm!”.
Bu, türk qadınının oğluna verdiyi öyüddür və dünyanın heç bir xalqı yəqin ki, bu sözlərlə döyüşlərə igid yöllamır. Türk qadını hər cür məhrumiyyətə- yoxsulluğa, ərin, uşaqlarının vəfasızlığına dözür,amma bir şeyi heç vaxt bağışlamır – Vətənə xəyanəti!.
Bir haşiyə çıxım: Qonşumuz 40- cı illərdə Cənubi Azərbaycanda ərbabla dalaşıb Arazı keçib gəlmişdi. O tayda arvadı və üç oğlu qalmışdı, burada da evlənmiş, oğul- uşaq sahibi olmuşdu. 90 – cı illərdə yollar açılanda kiçik oğlunu da götürüb yurduna dönür.Oğlu danışır ki, evə girəndə oradakı qadını əyilb atamın ayaqlarından öpdü. Hamının gözü yaşardı. 40 il ərinin yolunu gözləmişdi və onu bağışladı.

4 ildən bəri bu fəyad qoparan Validə ana, Xavər xanım, Rəvanə xanım kimi dul qalmış gəlinlər dovlətdən bircə şey tələb edirlər; günahsız qurban getmiş o insanların adından xəyanət damğası götürülsün! Türk qadınının südünü əmmiş oğullar vətənə xəyanət edə bilməzlər! Bəs siz- Hikmət Həsənovlar, Xanlar Vəliyevlər, siz kimin südü ilə böyümüsünüz?! Bəlkə də heç südlə yox, qatışığı məlum olmayan ” malış” larla qidalanmısınız.

Sizin yoğrulduğunuz xəmirin içində” qeyrət”,” namus”, ” kişilik” anlayışı yoxdur.Dahi H.Cavidin sözləri ilə desək:
” İblis nədir- cümlə xəyanətlərə bais,
Ya hər kəsə xain olan insan nədir?
İBLİS!”.

 

Bunu paylaş: