İlham Aslanoğlunun məhkəməsinə xitam verildi…

Azerfreedom ailəsinin üzvü hüquqşünas görkəmli şəxsiyyət İlham Aslanoğlunun 18 mart tarixində keçirilmiş məhkəməsindən şad xəbər aldıq. Hakim Yeganə Ələkbərovanın İlham Aslanoğluna qarşı qaldırdığı ittihamları əsassız hesab edərək, məhkəmə işinə xitam verilmişdir.
Yeganə Ələkbərova iddia edirdi ki, “AzerFreedom TV YouTube” kanalında “Tərtər cinayəti” nin istintaqı zamanı guya İlham Aslanoğlu tərəfindən təhqirlərə uğramışdır. Bu səbəbdən İlham bəyi məhkəməyə vermişdir.
Lakin İlham Aslanoğlu Yeganə Ələkbərova ilə üzləşdiyi zaman, etiraf edib ki, o kimlərinsə təzyiqi və sifarişi əsasında bu addımı atmışdır.

Bu gün aydın olur ki, “Tərtər cinayəti” ndə əli olan yuxarıda oturan məmurlar “AzerFreedom” kanalının apardığı şəffaf istintaqı ləkələmək istəyirlər.
Bu, bir faktdır ki, bu cinayətin açılmasında əvəzsiz rolu olan İlham Aslanoğlu əsl xainlər tərəfindən hədəf seçilmişdir.
Bu gün “Tərtərə cinayət” i çoxlarını narahat etməkdədir.
Lakin məhkəmə onu göstərdi ki, haqq ədalət hər zaman qalib gəlməkdədir.
İlham Aslanoğlu çıxışı zamanı daha bir neçə şərlənmə hadisələri ilə üzləşəcəyinin siqnalını verdi.

Əlavə edək ki, AzerFreedom ailəsinin üzvləri və Tərtər cinayətinin zərərçəkmişləri, onların yaxınları, keçmiş Müdafiə naziri Rəhim Qaziyev, görkəmli şair Emin Eminbəyli, Kim TV üzvləri, Azərbaycanın Xilası Partiyasının üzvləri, Azərbaycan Xalq Hərəkatının üzvləri məhkəmə bitdikdən sonra, Tərtər cinayəti ilə bağlı məktubları Milli Məclisinin deputatlarına və Ambudsmana təqdim etmişlər.
İnanırıq ki, bu məktublara dövlət qurumları cavab verəcəkdir.
Xatırladaq ki, İlham Aslanoğlu AzerFreedom ailəsinin üzvü olduğundan, kanalımızda çıxışından, Tərtər cinayətinin açılmasında böyük rolu olduğundan şərlənərək həbs edilmişdir və bir müddət həbsdə qaldıqdan sonra azadlığa çıxmışdır. 18 mart tarixində keçirilmiş məhkəmə qərarında isə, İlham bəyin heç bir qanun pozuntusuna yol vermədiyi subut olunmuş və ittiham prosesinə xitam verilmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın