İlham Aslanoğlunu azad et!

KXCP sədrinin müşaviri, Tərtər hadisələrinin ictimai – istintaqının aparılmasında müstəsna xidməti olan İlham Aslanoğlu son 5 ayda ikinci dəfə saxta ittihamlarla, qanunsuz həbs edildi.
İlham Aslanoğlunun ikinci dəfə qanunsuz həbsi oğlunun toyu ərəfəsində həyata keçirildi.
Tərtər hadisələri zamanı törədilən qətllər, verilən işgəncələr, Azərbaycan Dövlətinə, Silahlı Qüvvələrə qarşı dövləti cinayət, İnsan Haqlarının və Konstitusiyanın kobud şəkildə pozulmasıdır.
Tərtər hadisələrinin araşdırılması ilə bağlı yeni istintaq qrupunun yaradılmasına olan cüzi inam, İlham Aslanoğlunun ikinci həbsindən sonra, hakimiyyətə ciddi etimadsızlıqla əvəzləndi.
İlham Aslanoğlunun həbsi Tərtər hadisələrini törədənlərin hələ də, hökm sahibi olduğunu göstərir. Həbsdən bir neçə saat sonra, İlham Təhməzovun oğlunun toy məclisinə polis müdaxiləsi – yeni istintaq qrupunu yaradan siyasi iradəyə, İnsan Haqlarına, milli adət – ənənəyə meydan oxumaqdır.


KXCP, İlham Aslanoğlunun həbsini Azərbaycanda beşinci kolonun qanun pərdəsi altında qisas almaq fəaliyyətinin tərkib hissəsi hesab edir.
KXCP, Azərbaycan hakimiyyətindən KXCP sədrinin müşaviri İlham Aslanoğlunun dərhal azad edilməsini, sifarişçilərin, günahkarların, toy zamanı qanunları pozan polislərin cəzalandırılmasını tələb edir.

Bunu paylaş:

Bir cavab yazın