İlham Əliyevin “ziyalı”-sı, fəhlələrin pullarını vermir

 

Sabiq Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu bir qrup fəhlə məhkəməyə vermişdir. Buna səbəb Abel Məhərrəmov işlətdiyi fəhlələrin pulunu verməkdən imtina etməsidir. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olan bu dələduz fəhlənin puluna göz dikməkdən belə çəkinməmişdi. Yasamal rayonu məhkəməsindən verilən məlumata görə, Abel Məhərrəmovun fəhlələrə 800 min manat borclu olduğu deyilir.

 

İllərdir Azərbaycanın ən səviyyəli universitetinin rektoru və bir müddətdir ki, AMEA – nın üzvü olan bu şəxs, ziyalı adı altında min oyundan çıxır. Hələ biz BDU- dakı rüşvətxorluqdan danışmırıq. Bu çür insanlar Azərbaycan ziyalısı və xalqı adına böyük təhqirdir.

İllərdir İlham Əliyev, Abel Məhərrəmova BDU-nun rəhbəri və Milli Məclisin deputatı vəzifələrini verməklə, gənc nəsillərə:” gələcəkdə necə olmalısınız”,- nümunəsini göstərmiş oldu. Millət vəkili, rektor, AMEA – nın üzvü və fırıldaqçı, rüşvətxor məmur yalnız bizim Azərbaycanımızdadır. Səbəbkarı isə İlham Əliyev və hakimiyyətidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın