İlham Əliyevin yürütdüyü siyasət öz bəhrəsini verir: 93 mindən cəmi 2 nəfər

Hörmətli oxucular, bu il 93 min şagird dövlət imtahanı (buraxılış-qəbul) vermişdir. Çox təəssüf ki, çəmi 2 nəfər ən yüksək bal toplamışdır. Bu nəticə Azərbaycan təhsili tarixində ən biabırçı buraxılış imtahanı kimi tarixə düşmüşdür.
Bu da azmış kimi, imtahan verən şagirdlərin cəmi 16 faizi 200-dən çox bal toplamışdır.

Görəsən, Azərbaycan təhsilində nələr baş verir?
Dünyada belə bir deyim var– təhsil hər bir xalqın gələcəyidir!
Bu nəticələrdən belə qənaətə gəlmək olar ki, xalqımızın gələcəyi çox bədbindir və məhvə doğru getməkdədir.
Gəlin Azərbaycanda təhsilimizin məhvinə gedən səbəbləri sizlərlə təhlil edək:
İlk növbədə ölkəmiz dünyada tək-tük ölkələrdəndir ki, ağılı pulla alır. Yəni məktəblərdə baş alan rüşvətlər buna bir sübutdur. Üstəlik də pulun varsa, ağılı nə edirsən, ödə və yüksək qiymətini qazan.

İkincisi, savadlı müəllimlərin çox az olmasıdır. İllərdir ki, ölkəmizdə müəllimlərin maaş səviyyəsi ən aşağıdır. Dünya ölkələri təhsil sahəsinə milyardlarla pul ayırdığı bir vaxtda, Azərbaycanda bunun əksini görürük. Hər il müəllimlərə olan münasibət bir – iki manat maaş dəyərində ölçülməkdədir.

Üçüncüsü, şagirdlərin tapşırıqla oxumalarıdır. Hər hansı bir məmur öz övladına məktəbə getmədən attestat almaq gücünə malikdir. Üstəlik də son vaxtlar Təhsil Nazirliyində baş verən çiddi dəyişikliklər, təhsilimizə təsirsiz ötüşməmişdir. 11 il başqa sistemdə təhsil alan tələbənin, imtahanda digər yeni sistemlə imtahan verməsi də düzgün deyildir.

Yuxarıda sadaladığımız problemlər üzdə görünənlərdir.
Əsil səbəb başqadır, bu gün tələbələrin belə nəticələr verməsinin günahkarı İlham Əliyev və hakimiyyətidir.
İlham Əliyevə savadlı və ağıllı insanlar lazım deyil. Ona savadsız, qorxaq, yaltaq cəmiyyət lazımdır ki, padşahlığının ömrünü daha da uzatsın.
İlham Əliyevin illərdir təhsildə yürütdüyü siyasət nəticəsində, savadlı müəllim cəmiyyəti ya ölkəni tərk etmiş, və yaxud da ailəsini dolandırmaq üçün digər işlərlə məşğul olmuşdur.
Bu gün ölkəmizin savadlı müəllimləri Amerika, Avropa ölkələri, İsrail, Türkiyədə dərs deməkdədirlər.
Bir sözlə, 93 min tələbənin cəmi iki nəfərinin ən yüksək bal toplaması, 16 faizinin isə 200 baldan çox toplanmasının səbəbkarı Təhsil Nazirliyi və gənclərimiz deyil, birbaşa İlham Əliyevdir. Çünki ölkədə getdikçə savadsızlaşma artır və bu tip insanları hakimiyyət tərəfindən idarəetmə daha asan olur.
Hakimiyyətin illərdir qurduğu təhsil siyasəti budur!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın