İlham Əliyevin xalqımıza yeni devalvasiya hədiyyəsi

 

Hörmətli oxucular, bir neçə ay bundan əvvəl, sizlərə Axh-az.com xəbər saytımızda Azərbaycan manatının devalvasiyası barəsində, məlumat vermişdik.

Bir neçə gündür ki, ölkə daxilində manatın dəyərini itirməsi barədə xəbərlər eşitməkdəyik. Artıq Azərbaycan hakimiyyəti bunu açıq şəkildə xalqa söyləməkdədir. İlk addım banklardan gəlmiş oldu. Beləliklə, son bir neçə gündə, Azərbaycan manatı dollar nisbiliyində ucuzlaşmağa başlamışdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın ucuzlaması barədə maraqlı acıqlama vermişdir. O, Azərbaycanın manatın məzənnəsinin dəyərdən itməməsi üçün bu günə qədər 10 milyard dollar xərcləndiyini etiraf etmişdir. Vahid Əhmədov ölkədəki infilyasiyanı, dünyadakı böhranı misal gətirərək, manatın “üzən məzənnə” yə buraxılacağını qeyd etdi. Bununla da qara xalqı daha da, qara günlər gözləyəcəyi barəsində xəbər verdi.

Manatın dəyərinin itməsinin əsl səbəbi?

İnfilyasiya.
Azərbaycanda rüşvətxorluq və korrupsiya birbaşa ölkənin valyutasına təsir edən amildir. Dövlət büdcəsi o, qədər sürətlə talanır ki, daxildəki infilyasiya da çoxalmağa başlayır.

İqtisadiyyat.
Hər il, Azərbaycan prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının yüksəldiyi barədə xalqa yalan məlumat verməkdədir. Reallıq budur ki, ölkə iqtisadiyyatının 80 faizi xaricdən asılıdır. Daxildə yalnız 20 faiz qalır, onun da yarısından çoxu neft – qaz sektoruna düşür.
Bununla da manatın möhkəmlənməsi xarici təlabatdan asılı olur.

NEFT-QAZ
Neft-qaz gəlirləri ölkədən çıxarıldığı üçün, manata birbaşa təsir edir. Yəni hakimiyyət xalqa (neft-qaz gəlirləri) məxsus gəlirləri xarici ölkələrə çıxardığından, büdcə boşalır və pul kasadlığı yaranır.

Ölkəmizə tətbiq edilən sanksiyalar

İlham Əliyevin yürütdüyü daxili siyasət nəticəsində, ölkəmizə qarşı sanksiyalar tədbiq olunmuşdur. Bu üzdən illərdir ki, öıkəmizə beynəlxalq səviyyədə təzyiqlər olmaqdadır. Belə olduğu halda, ölkə xaricində yürütdüyü hər bir siyasət və etdiyi hərəkətlər, birbaşa gəlir mənbələrimizə təsir göstərir.

Bir sözlə, korrupsiya, rüşvətxorluq, ölkədən çıxarılan pullar, sanksiyalar, daxili və xarici siyasət birbaşa Azərbaycan xalqına təsir etməkdədir. Beləliklə, söyləmək istərdik ki, İlham Əliyev manatı devalvasiya etməklə, xalqımıza yeni hədiyyə vermiş oldu. Bununla da ölkədə yenidən bahalaşma baş verəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın