İlham Əliyevin xəritə açıqlaması…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA universitetində keçirilən “Cənubi Qafqaz” “inkişaf və əməkdaşlıq” tədbirində maraqlı çıxışı ilə yadda qalmışdır. O, Ermənistan Azərbaycan münasibətlərindən danışarkən sərhədlərin delimitasiyası və demarkasiyasının hansı xəritə üzərində qurulacağını qeyd etmir. Ölkə başçısının danışığından belə çıxır ki, Zəngəzur məsələsi 1918, digər yerlər isə 1991 – ci ilə kimi çəkilmiş xəritələrlə aydınlaşacaqdır.

O, 1920 – ci ildə “Sovetlər Birliyi” tərəfindən Azərbaycanın Zəngəzur torpaqlarının məcbur Ermənistana birləşdiyini və bununla məsələnin bitmədiyini, ayrı-ayrı illərdə isə daha bir neçə kvadrat kilometr bizim torpaqları hiylə ilə onlara verdiyini söyləmişdir.

İlham Əliyev çıxışı zamanı Azərbaycanın təqdim etdiyi 5 bənddən ibarət sülh danışıqlarını Ermənistan tərəfinin qəbul etdiyini bildirmişdir. O, ilk növbədə sərhədlərin müəyyən edilməsini qeyd etsə də, sözləri nikbinlik yaratmaqdadır. Azərbaycan Prezidenti bir daha qeyd etmişdir ki, demarkasiya və demilitasiya işlərini hər iki tərəfdən yaradılmış komissiya üzvləri aydınlaşacaqdır. Əliyevin nikbinliyi isə, Ermənistanın daxilindəkilərin 1918 – ci ilin xəritəsinə razılıq verməməsidir.


Hələlik bizə bir neçə həftə gözləmək gərəkdir, bu zaman rəsmi İrəvanın mövqeyi tam bəlli olacaqdır. Əsas odur ki, Ermənistan istəsə də-istəməsə də Azərbaycan beynəlxalq qanunları və 1918 – ci il xəritələri ilə gerçəkliyi ortaya qoymalıdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın