İlham Əliyevin xəbərdarlığına Ermənistan Kəlbəcərdə atəşkəsi pozmaqla cavab verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngəzur və Laçın dəhlizləri barəsində Ermənistana xəbərdarlıq etdiyi barədə məlumatı sizlərə çatdırmışdıq. Ölkə başçısının danışıqlarına fikir versək görərik ki, bu onlara verilən son şansdır. Qısa vaxtda sülh və ya müharibə ilə sərhədləri bölməlidirlər. Bunları isə Ermənistan seçməlidir.
İlham Əliyevin bu xəbərdarlığından sonra isə, Ermənistan tərfindən cavab gəldi;

İlk öncə erməni liderin oynadığı obrazı sizə bildirmək istərdim. O, beynəlxalq aləm üçün özlərini günahsız, yazıq və məhv olmuş kimi göstərməkdədir. Paşinyan son bir neçə gündür ki, sülhə hazır olduğunu, sərhədlərin delimitasiyası işlərinə yaxın vaxta başladacağını qeyd etmişdir.
Lakin digər tərəfdən İlham Əliyevin çıxışına qarşılıq olaraq Kəlbəcər istiqamətində atəşkəsi də pozmağa vaxt tapmışdır. Bir sözlə, Ermənistan rəhbərliyi son atəşkəs pozuntusunu Azərbaycana bir mesaj kimi dəyərləndirmək istəyir. Lakin unudur ki, o atəş səsləri ordumuz tərəfindən bir dəfəlik susdurula bilər.

Sonda qeyd edək ki, İlham Əliyevin xəbərdarlığına Ermənistan tərəfi atəşlə cavab vermiş oldu. Lakin çox təhlükəli odla oynadıqlarını anlamalıdırlar. Hər şey, hər an yenidən başlaya bilər…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın