İlham Əliyevin sonunu gətirən əlamətlər

 

Hörmətli oxucular, Azərbaycanda son vaxtlar vəziyyətin gərginləşdiyini görürük. Fərq etməz, kimsə əlilik probleminə, kimlərsə sosial problemə, kimlərsə məmur özbaşınalığı, kimlərsə korrupsiya və rüşvətxorluğa görə, kimlərsə isə işzilik problemlərinə görə etirazlar edir. Görünür, İlham Əliyev hakimiyyəti artıq idarə edə bilmir.

Bölgəmizdə baş verən hadisələrə baxsaq görərik ki, etirazların fərqi yoxdur. Eyniliklə eyni yolları Ukrayna, Gürcüstan, Ermənistan da keçmişdir.
İlham Əliyev çox gözəl anlayır ki, diktatorluq etməklə çox uzağa gedə bilməz. Bu səbəbdən o, ömrünü bir az uzatmaq üçün media qanunlarına müdaxilə etdi. Hər kəs anlayır ki, İlham Əliyevin oyunları müvəqqətidir. Sadəcə, biz xalq olaraq digər millətlərə baxanda daha çox qış yuxusuna gedir

Əsas məsələni isə, hakimiyyət qaçırmaqdadır. Məsələ burasındadır ki, son vaxtlar daxildə olan problemlərdən kiçik etirazlar da getdikcə artmaqdadır. Sosial şəbəkələrə və televiziyalara fikir versək, hər gün ölkə daxildən çalxalanır. Elə bir gün yoxdur ki, rejimə qarşı etiraz edən olmasın.

Demokratiyası olmayan, sərvətiləri talanan, heç bir hüququn işləmədiyi, yalnız pulun və tapşırığın (dayday) keçdiyi bir ölkədə bu cür etirazların baş verməsi gözləniləndir.
Bir sözlə, İlham Əliyev mikro – etirazlardan özünə bir dərs çıxarmalıdır. Yoxsa sonu Səddam Hüseyin, Qəddafi, Nazarbayev kimi olmasın!

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın