İlham Əliyevin sərəcamına əsasən, SOCAR-ın bu sahələri FHN-nə verildi

 

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət vermişdir. Yeni sərəncama əsasən Xəzər dənizinin ətrafında neftlə çirklənmiş ərazilərə FHN nəzarət edəcəkdir. Əvvəl Dövlət Neft Şirkətinin tərkibində olan bu ərazilər Kəmaləddin Heydərovun nəzarətinə keçəcəkdir. Bununla da həmin ərazilərdə məskunlaşmış insanların qara günlərinin başlamasına start verildi.

Bildiyiniz kimi ara – sıra SOCAR-ın şirkətinin ərazilərində məskunlaşan vətəndaşlarımızdan tez-tez şikayətlər eşidirik. Bu gündən etibarən isə həmin ərazilər FHN- in nəzarətinə keçəcəkdir.

Əsas məsələ isə həmin yerlərdə evi olanların sənədləri yenidən yoxlanılmağa başlanılacaqdır. Bununla isə, FHN yenidən çiblərini doldurmaq üçün vətəndaşlardan külli miqdarda rüşvət tələb edəcəkdir.

Bu qərarda tək vətəndaşlar deyil, Xəzər dənizi ətrafında çalışan sahibkarların da əli cibində olmalıdır. Yaxın günlərdə həmin yerlərdə yaşayan əhalinin etirazlarının şahidi olacağıq.
İlham Əliyevin sərəncamı imzaladığı gündən qüvvəyə minir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın