İlham Əliyevin sözlərinə Ermənistan tərəfinin dərhal reaksiya verdi

Azərbaycan Ermənistan arasında vəziyyət gərginləşməyə doğru getməkdə davam edir. Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı Ermənistan tərəfinin iki dəfə sərhədlərin demilitasiya və demarkasiyasından imtina etdiyini qeyd etdi. O, Ermənistanla düşmənçiliyin kənara qoyulmasını və yeni dostluq səhifəsinin açılmasının vacibliyini vurğuladı. Lakin ölkə prezidenti qarşı tərəfdən eyni addımı görmədiyini və müəyyən bəhanələrlə danışıqlar prosesini pozduqlarını dilə gətirdi.

İlham Əliyevin bu sözlərinə Ermənistan tərəfindən təcili olaraq cavab gəldi. Xarici İşlər naziri Ararat Mirzoyan bunun müəyyən səbəblərdən olduğunu və yaxın zamanda danışıqlar prosesinin baş tutacağını söylədi. Rəsmi İrəvanın İlham Əliyevin sözlərinə təcili cavab vermsi çox şübhəlidir.


Görünür, Ermənistan tərəfi Azərbaycan prezidentinin bu sözlərini əməlli – başlı təhlil edərək cavab vermək qərarına gəlmişlər. Bilirlər ki, rəsmi Bakının səbri tükənməkdədir və Azərbaycanın qəzəbinə gəlmək də yaxşı şey deyil.
Lakin ola bilsin ki, İlham Əliyev Paşinyana son şansı versin. Ermənistan əgər bunu da dəyərləndirə bilməsə, danışan diplomatlar deyil, silahlar olacaqdır.
Aylardır ki, sülh danışığının süni bəhanələrlə uzadılmasının sonu bəllidir.
Sonda bir daha demək istərdik ki, belə vəziyyət Azərbaycan və Ermənistan arasında yeni münasibətlərə yol açacaqdır. Bu isə, heç də yaxşı əlamət deyil.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın