İlham Əliyevin Rusiyaya qarşı “Qərb” gedişi

Azərbaycan necə sükanı Qərbə və NATO -ya tərəf döndərir. Sizlərə bu gün Rusiyanın Azərbaycana qarşı son zamanlar hirsinin soyumaması səbəblərindən birini bildirmək istərdim;Söhbət 2018 -ci ildə İlham Əliyevin Kremlə qarşı Şah gedişi edərək Qərb və NATO meyilli Hikmət Hacıyevi xarici əlaqələr üzrə vəzifəyə gətirməsi və Vəzir gedişi olaraq Ramiz Mehdiyevi işdən çıxarması oldu. Hikmət Hacıyevin çox savadlı bir kadr olmasından əlavə, həm Qərb və NATO meyilli siyasətçi olaraq, Azərbaycanın xarici siyasətinin başına gətirilməsi Kremlə qarşı böyük risk idi. Kremlin arzu etmədiyi məqam isə NATO qüvvələrinin Rusiyanın sərhəddində olmasıdır. Azərbaycan siyasətinin yenidən formalaşmasında Hikmət Hacıyevin üzərinə çox böyük yük düşəcək. Xatırladaq ki, H. Hacıyev NATO -nun Müdafiə Kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın İLK Universitetinin magistr pilləsinin məzunudur və müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində çalışmışdır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: