İlham Əliyevin reytinqi gündən – günə düşməkdədir

 

Hörmətli oxucular, son vaxtlar, Azərbaycanın xarici siyasətində böyük tənəzzül baş verdiyinin şahidi oluruq. Çoxları bunu pandemiya ilə əlaqələndirsə də, əsil səbəb İlham Əliyevin yürütdüyü siyasətdir.
Fikir versəniz İlham Əliyevin son bir neçə ildəki səfərləri və qonaqları daha çox diktator nümayəndələrinin üzvləridir.
Bir – iki, beynəlxalq təşkilatların tədbirlərini çıxsaq, görərik ki, İlham Əliyevlə görüşənlərinin çoxu prezident səviyyəli olmayan insanlardır.

Məsələn, hansısa şirkət rəhbəri, keçmiş prezidentlər, hansısa qurumun xarici əlaqələr rəhbəri və s. nümayəndələri qəbul etmək prezident səviyyəsində olmayan görüşlərdir. Deyə bilərik ki, bu cür görüşlər Azərbaycanın beynəlxalq səviyyədə reytinqini aşağı salmaqdadır. Bu vəziyyəti ölkəmiz üçün yaradan İlham Əliyevin yürütdüyü daxili siyasətdir.

Bildiyiniz kimi, hər il beynəlxalq təşkilatlar ölkə daxilində baş verən prosesləri diqqətlə izləməkddirlər. Azərbaycan isə, İlham Əliyevin yürütdüyü siyasət nəticəsində gündən – günə insan haqları, demokratiya, korrupsiya, rüşvətxorluq kimi reytinqlərdə geriləməkdədir.
Bunun nəticəsi olaraq, İlham Əliyev öz “imic” in beynəlxalq arenada getdikcə itirməkdədir.

Digər tərəfdən isə, ölkəmiz Avropaya inteqrasiya etməkdənsə, daha çox Rusiya imperializminə inteqrasiya edir.
Belə olduqda, İlham Əliyev dünyanın demokratik ölkələrindən, sərfəli müqavilələr və rəsmi dəvətlər almır. Aydın olur ki, ölkə daxilində yürüdülən siyasət xarici siyasətlə zəncirvari əlaqəlidir.
Əgər belə getsə, İlham Əliyev yalnız 5-ci 6 – cı dərəcəli diplomatları, siyasətçiləri və diktator ölkələrinin nümayəndələrini qəbul edəcəkdir. Belə olduğu halda, ölkəmiz getdikcə beynəlxalq səviyyədə biabır olumaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın