İlham Əliyevin “Qoşulmama təşkilatı” ndakı çıxışı, bu cür şişirdilir

 

Hakimiyyətin yaltaq jurnalistləri, hər zamankı kimi iş başındadırlar. Hakimiyyətinə qibtə edənlər, mənasız görüşləri elə qələmə verirlər ki, sanki İlham Əliyev “Hippokrat” dır. Yenə insanların beynini yumaq üçün min yalanlar uyduraraq, xalqımızı inandırmağa çalışırlar.

Söhbət İlham Əliyevin BMT Baş Assambleyasında verdiyi təklifin 126 ölkə arasında dəstəklənməsindən gedir. Söhbət boş, məntiqsiz pandemiya təklifindən gedir. Azərbaycan prezidenti vaksinlərin düzgün paylanılmadığına görə, öz təklifini irəli sürmüşdür.
Yaltaq jurnalistlər və siyasətçilər bunu əlində bayraq edərək, Azərbaycanın diplomatik uğuru adlandırmışlar. Sanki İlham Əliyev dünyanı xilas edən bir təklif irəli sürmüşdür.

Niyə? biz beləyik…
Bilən də danışır, bilməyən də.
Əslində Azərbaycan xalqı bir neçə ay içində, böyük siyasi və diplomatik məğlubiyyət almışdır.

Məsələn: 10 noyabr bəyanatının şərtləri və gedişatı. 44 günlük müharibə bitsə də, azərbaycanlılar hələ də Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə ayaq basa bilmirlər. Digər tərəfdən də, Rusiya özünü Azərbaycan ərazisində evi kimi hiss etməkdədir.

İkinci diplomatik və siyasi məğlubiyyətimizi, bir neçə gün bundan əvvəl aldıq. Amerikada keçirilən “Demokratiya Sammiti” nə ölkəmizin dəvət almaması, beynəlxalq arenada biabırçılıqdır.
Rejimin quyruq bulayanları, bu məğlubiyyətimizi gizlətmək üçün, dəridən – qabıqdan çıxırlar ki, güya İlham Əliyevin beynəlxalq arenada çəkisi vardır.
Sonda əlavə etmək istərdim ki, İlham Əliyevin verdiyi təklif kağız üzərində qalan bir yazı olacaqdır. Yaxşı olardı Əliyevin yaltaqları, ilk öncə diplomatiya nədir, onu öyrənsinlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın