İlham Əliyevin polisi 80 manat dilənir

 

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan polisinin qalmaqallı videosu yayılmışdır. Bu videonu görən Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov qeyd edib ki, bu video qərəzli şəkildə sosial şəbəkələrdə yayılmışdır. O, bu videonun 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında çəkildiyini bildirmiş və həmin videonu çəkən şəxsin polis orqanlarından xaric edildiyini bildirmişdir. Guya həmin videonu sosial şəbəkələrdə yerləşdirən polis işçisi, işindəki qüsurlara görə daxili işlər orqanlarından xaric edilmişdir.

Kadrlarda görünür ki, şöbə rəisi polislərə bu gün 80 manat vermələrini tələb edir. Özü də:” tapın-tapışdırın” əmri ilə bunu söyləyir.
Hər zamankı kimi guya Azərbaycanda polis işçiləri qüsursuz xidmət göstərməkdədir. Xalqdan üzr istəmək yerinə özlərinə xas bəlağətli çıxışlarla xalqın başını qatmaqdadırlar.

Videoda açıq şəkildə görünür ki, Azərbaycanda İlham Əliyevin yaratdığı polis sistemi korrupsiya üzərində qurulmuşdur. Beləliklə, ölkəmizdə polislər rəislərə, rəislər nazir Vilayət Eyvazova, Vilayət Eyvazov isə prezident İlham Əliyevə bu yolla yığılan rüşvəti verməkdədir. Nəticədə isə, hər şey Azərbaycan xalqının üzərində qurulmaqdadır. Yəni əhalidən yığılan rüşvətlər yuxarıya şah damar kimi hərəkət etməkdədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın