İlham Əliyevin müdafiəçisi yenə iş başında

 

Son vaxtlar Azərbaycan hakimiyyəti xalq üsyanından çox narahat olmağa başlamışdır. Bu məqsədlə İlham Əliyev hakimiyyəti “Soros” fondunun adını hallandırmağa başlamışlar. Özlərində günah görməyən rejim hər zaman olduğu kimi, ölkənin daxili problemlərini başqalarının üzərinə atmaqdadır.

İlham Əliyevə ilk dəstək, əvvəllərdə qeyd etdiyim kimi, Azərbaycan hakimiyyətinin “dayə” si Sergey Markov- dan gəlmiş oldu. Rusiyalı siyasi – ictimai xadim ölkəmizin daxili vəziyyətinin ağır olmasının səbəbkarınını “Soros” olduğunu qeyd etmişdir.

O, daha sonra Ermənistan və Gürcüstanı misal gətirərək, orda “Soros”un inqilab etməyinin səbəblərini söyləmişdir.
1) Daxildə olan Klanların savaşı.
2) Ölkənin maliyyə vəziyyətinin pis olması.

Markovun fikrincə bu iki amil üzündən Ermənistan və Gürcüstan inqilab yolunu keçmiş oldu.
Daha sonra rusiyalı siyasi – ictimai xadim gülməli bəyanat verərək, iki ölkədən fərqli olaraq Azərbaycanda İlham Əliyevin xalq tərəfindən sevildiyini bildirmişdir.

Azərbaycan hakimiyyətinin dayəsi bununla bir daha, kim olduğunu ortaya qoymuş oldu.
İlk növbədə Markovun bu şərhinə cavab vermək istərdim.
Azərbaycanda inqilabların baş tutmamağının səbəbləri:

1) Güc strukturlarının xalqı tam nəzarətdə saxlaması.
2) Xalqı “modern qul” vəziyyətinə salmaqla, onlara nəzarət etmək. ( yəni xalqın beynində yalnız çörək pulu qazanmaqdır)
3) Xalqımızın sərvətlərini talıyaraq, onları nəzarətdə saxlamaq.
4) Xalqın yaxınlarını şantaj yolu ilə həbs etmək və yaxud ələ almaq.

Bu amillər İlham Əliyevə bu gün hakimiyyəti əlində saxlamağa imkan verir.
Bəli, Markov demişkən, Azərbaycanın gəlirləri, “Soros” fondunun demokratik investisiya gəlirlərindən çoxdur. Lakin bu xalqın gəlirləri İlham Əliyev və hakimiyyəti tərəfindən oğurlandıqda ölkədə vəziyyət bu hala düşür.
Azərbaycan rejiminin dayəsi sadəcə bir şeyi unudur — xalqın birliyi qarşısında dünyanln sərvəti heç vaxt dayana bilməz. Gec – tez bunu istər “Soros” fondu ilə, istərsə də öz iradəmizlə Azərbaycanda görəcəyik!.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın