İlham Əliyevin Lavrova vacib ismarıcı

Bildiyiniz kimi Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İran səfərindən sonra Bakı səfəri başlamışdır. Səfər çərçivəsində onu Azərbaycan XİN Ceyhun Bayramov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etmişdir.

Lavrovun İlham Əliyevlə görüşündə, iki ölkə arasında strateji tərəfdaşlıq, regional məsələlər müzakirə edilmişdir.
Qeyd edək ki, İlham Əliyev və Sergey Lavrov arasında olan görüşdə əsas mövzu Ermənistan – Azərbaycan məsələsi olmuşdur.

Azərbaycan prezidenti qeyd etmişdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası rəsmi Moskva ilə razılaşdırdığımız kimi baş tutmalıdır və bu problemin həllində Ermənistanın da razı salınması vacibdir.

Görünür, İlham Əliyev bu çıxışında Rusiyaya bildirmək istəyir ki, məsələyə ciddi yanaşmaq lazımdır. Çünki dəfələrlə rəsmi İrəvan Rusiyanın göstərişi ilə sülh danışıqlarına süni maneələr yaratmışdır. İlham Əliyev Lavrova bildirmək istəyir ki, bizə konkret addımlar lazımdır və bölgədə sülhün gecikməsi, müharibəyə yenidən başlanmasına gətirib çıxara bilər.

Bir sözlə, Azərbaycan tərəfi Lavrova Rusiya və Ermənistandan 10 noyabr bəndlərinin yerinə yetirilməsinin vaxtının çatdığını bildirdi.
İndi isə, növbə Kreml və onun bölgəsi İrəvanındır. Hər halda, rəsmi Bakı özünün son mövqeyini göstərmiş oldu.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın