İlham Əliyevin iqtisadi inkişafı: Taxılı Hindistandan ala bilərik

 

Ukrayna – Rusiya müharibəsinin dünyada bütün proseslərə təsir etdiyini görürük. Qeyd etmək istərdik ki, bu problemlərdən biri də taxıl qıtlığıdır. Nəzərə alsaq ki, Ukrayna və Rusiya dünyada taxıl ixrac edən ölkələrdəndir. Rusiya işğalçılıq siyasətinə görə sanksiyalarla üzləşdiyindən, Ukrayna isə, taxıl sahələrinin işğal edilib, məhv edildiyindən bütün dünyanı çətin vəziyyətə qoymuşdur. Bu səbəbdən Azərbaycan və digər ölkələr taxıl tədarük etmək üçün başqa çıxış yolları axrtarmaqdadırlar. Beləliklə, Azərbaycan Çin və Hindistan bazarına üz tutmaqdadır. Aldığımız xəbərə görə Hindistan, rəsmi olaraq Azərbaycana taxıl tədarük etmək üçün köməklik göstərə biləcəyi barəsində məlumat göndərmişdir.
Deyə bilərik ki, rəsmi Dehli Rusiya bazarlarını ələ almaq istəyir. Bu da əlavə budcəyə milyardlar axmasına səbəb olacaqdır. Hələlik Hindistan bir çox ölkələrlə anlaşdığını bildirir.

Bizi isə maraqlandıran məsələ Hindistanın və yaxud Rusiyanın mövqeyi deyil. Səbəb illərdir bölgələrimizdə gedən saxta inkişafdır. İlham Əliyev hər dəfə Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının inkişafından elə danışır ki, adam özü çaşqınlıq içində qalır.
İlham Əliyev, hanı sənin inkişaf etmiş kənd təsərrüfatın ki, bir buğda belə əkib – beçərə bilmirsən?. Azərbaycan təbiətində buna hər çür şərait var!

Görünür, İlham Əliyev illərdir ki, Azərbaycan xalqını aldadırmış. Zamanında münbit torpaqlarımızda buna şərait yaradılsaydı, bu gün hətta Azərbaycan dünyada taxıl ixracatçısı kimi də tanınardı.
Bu gün aydın olur ki, heç bir iqtisadi, kənd təsərrüfatı deyilən bir şey yoxdur. Sadəcə, illərdir ki, İlham Əliyevin məmurları prezidenti, prezident isə xalqı aldadırmış!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın