İlham Əliyevin “humanist” liyi…

 

Hörmətli oxucular, ölkəmizdə son zamanlar yaltaq məmurlar tərəfindən dəb olaraq bir siyasət ortaya atılmışdır. Bu siyasətin adı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “humanist” liyidir. Ara-sıra məmurlar ölkə başçısının “humanist” əməllərindən söhbət açaraq, millətin beynini yumaqdadırlar.

İllərdir biz belə bir siyasəti diktator ölkələrində müşahidə etmişdik. Məsələn, İraq (Səddam Hüseyn), Suriya (Bəşər Əsəd), Rumıniya (Nikolay Çauşesku), Şimali Koreya ( Kim Çen İn) və s kimi diktatorları öz ölkələrində humanist kimi qələmə vermişlər. Bu çür hakimiyyətlərin bəzilərinin sonları bəlli, bəzilərinin də sonlarına az qaldığı hər kəsə aydındır.

Bəs Azərbaycanda İlham Əliyevin “humanist” addımı hansı cəhətlərlə ölçülməkdədir?. Siyasi çəhətdən nə qədər düşünsək də, buna bir cavab tapa bilmirik:

1)Ölkədə 150 nəfərə yaxın siyasi məhbus vardır.
2) Ölkədə daim insan haqları pozulmaqdadır
3) Ölkədə rüşvətxorluq və korrupsiya baş alıb gedir.
4) Ölkədə azad seçki yoxdur.
5) Ölkədə söz azadlığı yoxdur.
6) Ölkədə xalqın sərvəti illərdir mənimsənilməkdədir.
7) Ölkədə məmur özbaşınalığı baş alıb gedir.
8) Ölkədə xalqın yaşayış dərəcəsi çox aşağı səviyyədədir.
Və s. bu kimi problemləri olan bir ölkənin başçısı necə humanist ola bilər? Bəli, düşmənlərə pulsuz qaz verən, terrorçunu geri qaytaran (öz qəhrəman əsgərlərini günahsız yerə həbs etdirən) , xalqın puluna “Heydər Əliyev” Fondu yaradan və o pulları başqa ölkələrdə xərcləyən( Rusiya, Fransa, İtaliya və s) , öz xalqına yardım etməyən, lakin başqa ölkələrə yardım edən (Livan, Afrika ölkələri, mərkəzi Amerika dövlətləri) İlham Əliyev niyə Azərbaycanda “humanist” kimi tanınmalıdır?. Axı bizim xalqa heç bir humanistlik etməyib, edibsə də, söyləsinlər.

Yaxşı olar ki, İlham Əliyev humanist addım kimi ölkə daxilindəi yaratdığı problemləri həll etsin. Bu günə kimi, zindanlarda günahsız həbs edilən insanlarımızı azad etsin, korrupsiya, rüşvətxorluğu aradan qaldırsın, xalqdan oğurladığı pulları geri qaytarsın, ölkəyə əsil demokratiya gətirsin. Ölkə başçısı bunları etsə,əsil humanist olduğunu sübut edərdi… Təəssüf ki, bu sadəcə bir xəyaldır, xəyalın gerçəkliyi isə xalqın özüdür.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın