İlham Əliyevin Ermənistana Zəngəzur və Xankəndi xəbərdarlığı

 

Bildiyiniz kimi Prezident İlham Əliyev keçirdiyi iclas zamanı Azərbaycan – Ermənistan münasibətlərinə toxunmuşdur. O, qısa bir vaxtda rəsmi İrəvanın sülhə imza atmasını gözlədiyini bildirmişdir. Daha sonra qeyd etmişdir ki, Azərbaycanın Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh müqaviləsini rəsmi İrəvan qəbul etmişdir.

İlham Əliyev çıxışı zamanı yenidən Zəngəzur məsələsini açmaqla Ermənistana xəbərdarlıq etmişdir. Onun sözlərinə görə 10 noyabr bəyannaməsində Naxçıvan və Azərbaycan əlaqələrini əks etdirən sənədlərə rəsmi İrəvan əməl etməlidir.
İlham Əliyev bir daha qeyd etmişdir ki, əgər onlar götürdükləri öhdəlikləri yerinə yetirmək istəmirlərsə, biz də öz öhdəliklərimizi yerinə yetirməyəçəyik.
İlham Əliyevin bu cümləsi Ermənistan üçün birbaşa xəbərdarlıqdır. Ölkə başçısı qeyd etmək istəyir ki, Azərbaycan ordusu istənilən vaxt, istənilən məsələni həll edə bilər.

Fikir versəniz, İlham Əliyev və Nikol Paşinyan demək olar ki, eyni zamanda öz xalqına müraciət etməkdədir. Ola bilər ki, Brüssel görüşündə imzalanan protokollara uyğun müraciət formasının öhdəlikləridir. Əgər hər iki prezident eyni vaxtda bəyanat verirlərsə, deməli vəziyyət çox ciddidir.

Sonda İlham Əliyev qəzəbli çıxış etməklə Ermənistana və erməni xalqına söyləmək istəyir ki, hələlik məsələ bitməmişdir. O, qeyd etmişdir ki, yaxın zamanda Xankəndi şəhərində Azərbaycan bayrağı dalğalanacaqdır!
Azərbaycan xalqı doğma işğal edilmiş torpaqlarını azad etməyincə rahat olmayacaqdır. İstər siyasi, istər hərbi cəhətdən Azərbaycan buna hazırdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın