İlham Əliyevin demokratiyadan başqa seçimi qalmayıb

Qərbin İlham Əliyev və hakimiyyətinə qarşı tələbləri getdikcə güclənəcəkdir. Bu vaxta kimi Əliyev hakimiyəti Qərbi Qarabağla təhdid edirdi. Qarabağ döyüşləri zamanı isə Qərb müşahidəçilik edərək, İlham Əliyevi meydana dəvət etdi. Qərb illərdir Qarabağ problemi həll olunmadığı üçün Azərbaycanda demokratiyanın və insan haqqlarının pozulmasına, korrupsiyaya, rüşvətxorluğa çox zaman göz yumurdu. Demokratlar gözəl anlayırlar ki, Qarabağ azad edildikdən sonra İ.Əliyevə insan haqqları və demokratiya tələblərini yerinə yetirməyə məcbur olacaqdır. İnanırıq ki, İlham Əliyev yaxın zamanda Azərbaycanda siyasi məhbusları azad edəcəkdir və islahatlara başlayacaqdır.

İndiki vəziyyətin isə bu Azərbaycan hakimiyyətinin əleyhinə işlədiyini hər kəs yaxşı başa düşür. İlham Əliyev ABŞ -da Prezident seçkilərində qalib gələn Demokratları da gözdən qaçırmamalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: