İlham Əliyevin daxili və xarici yumurta siyasəti iflasa uğradı

Aldığımız xəbərə görə,  Azərbaycanda unun bahalaşmasından sonra, növbə yumurtaya gəlib çatmışdır. Qeyd olunan qiymətlər aşağıdakılardır:

Ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə;
Sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib;
Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.

Görünür,  hakimiyyət ölkədə yumurtanın qiymətinin stabil qalmağından çox narazıdır. Ən ucuz qida məhsulu olan yumurtanı, xalqımıza çox görməkdədirlər. Görünür,  ölkədəki ildırım sürətli inkişafın nəticəsidir ki, hər şey bahalaşmaqdadır. Əslində,  bu,  gözlənilən idi, yəni bahalaşma hər bir sahəyə təsir etməli idi.

Lakin Azərbaycan xalqı çox səbirli və nikbin görünməkdədir. Çünki İlham Əliyev xalqımızı “düşünməkdədir.” Dəfələrlə yumurtanın bahalaşması baş versə də, sonda İlham Əliyevin uzaq görənliyi, daxili və xarici siyasəti yumurtanın qiymətinin artmasının qarşısını almışdır.

İnanırıq ki,  ölkə başçısının yumurta siyasəti nəticəsində bahalaşma olmayacaqdır. Nəzərə alaq ki,  Azərbaycan yumurtaya olan tələbatına görə dünyada ilk sıralardadır. Çünki  əhalinin 90 faizi səhər, günorta, axşam yeməklərini yumurta ilə yola verir. Bunu da düşünən rejim quru çörəyi əllərindən aldığı kimi,  yumurtanı da almaqda israrlıdır.
Bir sözlə,  hiss olunur ki,  İlham Əliyevin daxili və xarici yumurta siyasəti iflasa uğradı və Azərbaycanda hər zaman olduğu kimi korrupsiya, rüşvətxorluq, monopoliya qalib gəldi.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın