İlham Əliyevin bu sözləri müəmmalıdır

Nəhayət ki, 26 noyabrda Rusiyanın Soçi şəhərində üçtərəfli görüş baş tutdu. Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan sülh müqaviləsinə çox yaxın olduqlarını qeyd etdilər. Bu görüşə həvəssiz gələn Nikol Paşinyan sərhədlərin demarkasiya və

delimitasiyasının vacibliyini qeyd etmişdir. Eyni sözləri, Rusiya prezidenti Vladimir Putin də qeyd etmişdir ki, zaman itirmədən sərhədləri müəyyən etməliyik. Əgər Putin və Paşinyan bir nöqtədən çıxış edirlərsə, deməli istədiklərini İlham Əliyevdən almışlar.

İlham Əliyev Rusiyaya cavabında nə verəcəkdir? Əsas məsələ budur.
Azərbaycan prezidenti İlham Əliyev, bir cümləsi ilə, Putinin arzusu yerinə yetmiş oldu.

Ölkə başçısı bildirmişdir ki, “Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir və bu işin gələn il də davam edəcəyinə ümid edir”. Bu cümlədən aydın olur ki, İlham Əliyev “Rusiya sülhməramlılarının” Azərbaycanda qalmasına daha 5 il razılıq vermişdir.
Digər tərəfdən, Zəngəzur dəhlizinə də, Rusiya nəzarət edə bilər. Əgər bu baş versə, Putin 5 illik deyil, dəhlizə nəzarəti ömürlük tələb edəcəkdir.
Hələlik isə hər şey Rusiyanın istədiyi kimi getməkdədir. Hardan baxsaq, Azərbaycan Ermənistan problemində qalib Rusiyanı görə bilərik.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın