İlham Əliyevin Ağdamdakı çıxışı kimlərə işarədir?

 

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində olarkən mühüm açıqlama ilə yadda qalmışdır. Ölkə prezidenti 44 günlük müharibə zamanı, Ağdam istiqamətində hüçuma keçmədiyimizin səbəbini açıqlamışdır. İlham Əliyev bildirmişdir ki, düşmən bu istiqamətdə elə bir istehkam qurmuşdu ki, biz bu istiqamətdə hücum etsəydik şəhidlərimizin sayı çox olacaqdı.

Nəzərə alsaq ki, Ermənistan 30 il ərzində bütün istiqamətlərdə bu çür istehkam işləri aparmışdır. Bəs niyə İlham Əliyev Ağdam, Tərtər istiqamətində hüçumun dayandırılmasını hər dəfə vurğulayır?.

Əslində söhbət ölkənin daxilində olan yüksək rütbəli xainlərdən gedir. Buna ilk sübut kimi, 2016- ci ilin aprel döyüşləri zamanı, azad edilən Suqovuşan, sonradan orduda yüksək rütbəli (Hikmət Həsənov, Ramil Əsgərov, Nəcməddin Sadıqov və s kimi) hərbiçilərin xəyanəti nəticəsində düşmən tərəfindən yenidən işğal edilmişdir. Bu xainlərin üzündən peşəkar zabitlərimiz şəhid olmuşlar. Sonradan bu xəyanəti ört-basdır etmək üçün Zakir Həsənov, Xanlar Vəliyev, Nəcməddin Sadıqov, Hikmət Həsənov, Ramil Əsgərov kimi ordudakı yüksək rütbəli əsl xainlər, 2017- ci ildə “Tərtər ” hadisəsi kimi tanınan, hərbçilərimizə qarşı “genosid” həyata keçirmişlər. Bununla bu xain çətə öz xainliklərini bizim ordunun üzərinə atmaq istəmişlər. Nəticədə (rəqəmlər tam bəlli deyil) ondan yuxarı hərbçimiz işgəncə ilə öldürülmüş, iyirmidən yuxarı hərbçimiz həbs edilmiş, minlərlə insana isə işgəncə verilmişdir.

Bu işdə açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının əli vardır. Aprel döyüşlərində Azərbaycan ordusunun gücünü görən düşmən anlayırdı ki, nə vaxtsa bu qəhrəman xalq öz haqqını tələb edəcəkdir.

İlham Əliyevin Ağdam və Tərtər istiqamətində hər dəfə bu sözləri deməsi kimlərəsə bir işarədir. Təəssüflər edirik ki, Tərtər hadisələrindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də prezident səviyyəsində xain çətəyə qarşı mübarizə aparılmayıb.

Düz üç aya yaxındır ki, Qurban Məmmədovun təqdimatında, “AzerFreedom TV YouTube” kanalında bu barədə zərərçəkənlər danışsalar da, hakimiyyət yenə də susur. Yəqin ki, kriminal çətə tək biz yuxarıda adını qeyd etdiyimiz adamlardan ibarət deyildir. Bu onu göstərir ki, bütün hakimiyyət bu kriminal çətənin əlindədir.

Mikayıl Əsədov.

Bunu paylaş: