İlham Əliyevin əmisi qızı DJ Mikaela Jav, xalqın pulların İngiltərəyə belə bağışladı

 

Hörmətli oxucular, bir müddət əvvəl sizlərə Londonda çirkli pulların yuyulması ilə bağlı, Azərbaycan əsilli vətəndaşların məhkəməsi olduğu haqda xəbər vermişdik. Britaniya Cinayətkarlıqla Milli Mübarizə Agentliyi istintaq getdiyindən həmin insanların adlarının gizlin saxlanması qərarına gəlmişdir. Lakin istintaq işi tamamlandığından həmin insanın adı mətbuata acıqlanmışdır. Söhbət Azərbaycan prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızından gedir. DJ Mikaela Jav kimi tanınan İzzətxanım Cavadova Azərbaycandan gətirdiyi çirkli pulun bir qismini, yəni 4 milyon funt sterlinqini İngiltərə budcəsinə verməyə razılaşmışdır.
Dəbdəbəli həyatı ilə seçilən, İspaniyada otellər şəbəkəsinə malik DJ Mikaela Jav xalqın sərvətini “çay pulu” kimi məhv etməkdədir.

Aldığımız məlumata əsasən, bundan əvvəl İzzətxanım Cavadova İspaniyada da bir neçə dəfə eyni problemi yaşamışdır. Bu səbəbdən “Santander” bankında olan bir neçə hesabı bloklanmışdır. Həm İspaniya, həm də ki, İngiltərə polisi Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı Mikaelanı nəzarətə götürmüşdür. Hər iki ölkənin nümayəndələri, bu xanımın Azərbaycandan bir neçə saxta şirkət vasitəsi ilə pulları ofşorlara, ordan isə Avropaya keçirməyi barədə məlumat yaymışlar. İstintaqa məlum olan ən azı 20 saxta şirkət adında istifadə olunduğu bildirilir.

Britaniya polisinin daha bir məlumatına görə DJ Mikaela Javın bank hesabları bütün Avropa üzrə nəzarətə götürülmüşdür. Onun sözlərinə görə 4 milyon funt sterlinq dövlət büdcəsinə ödənməsi böyük bir uğur hesab oluna bilər.

Göündüyü kimi, İlham Əliyev və qohumları xalqın pullarını belə talan edərək sağa – sola xərcləməkdədirlər. Azərbaycan əhalisinin çörək almağa pul tapmadığı bir vaxtda, DJ Mikaela Jav İngiltərə budcəsinə 4 milyon funt-sterlinq ianə edir. Bildirmək istərdik ki, bu məbləğ İlham Əliyev və yaxınları üçün çox – çox kiçik bir vəsaitdir. İstintaq zamanı məlum olub ki, İzzətxanım Cavadova və əri Süleyman Cavadovun Böyük Britaniya, İspaniya və Avropanın bir çox ölkələrində milyardlarla sərvətə malik bizneslər şəbəkəsi vardır. Azərbaycan xalqının adını eşitdiyi, lakin özünü görmədiyi gəlirləri vasitəsi ilə, İlham Əliyev və yaxınları dünyada biznes imperiyası qurmaqdadırlar. Belə getsə, bir müddət sonra, bu mülklər də həmin dövlətlərin budcələrinə köçürüləcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın