İlham Əliyevdən Rusiyaya açıq etiraz

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiyanın “Tass” informasiya agentliyinə müsahibə vermişdir. Müsahibə zamanı ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin işğalçı Ermənistana humanitar adı ilə silah daşıdıqlarından söhbət etmişdir. İlham Əliyev Azərbaycanın hər zaman Rusiya ilə sıx əlaqələri olduğuna baxmayaraq açıq şəkildə Rusiyadan Ermənistana silah daşındığını və əlimizdə sübutların olduğunu bildirmişdir. Azərbaycan prezidenti işğalçı Ermənistanın Rusiyaya olan xəyanətindən söz açaraq bildirmişdir ki, rus mediyası isə bu məqamları görməzdən gələrək Azərbaycana haqsız hücumlara başlamışdır.İlham Əliyev bir daha Rusiyanın Ermənistana humanitar adı altında verdiyi silahlara etirazını bildirmişdir. Yəqin bu gedişat gələcəkdə Azərbaycan -Rusiya münasibətlərinə xələl gətirəcək.

Mikayıl Əsədov.

Bunu paylaş: