İlham Əliyevdən, Rusiya və Ermənistana açıq mesaj

 

 

 

Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında Ermənistanı sirkələyəcək mühim məsələyə toxunmuşdur. Ölkə başçısı qeyd etmişdir ki, Zəngəzur qədim Azərbaycan torpağı olmuşdur və bəzi qüvvələrin əli ilə Ermənistana verilmişdir.Bununla da türkdilli dövlətlər arasında əlaqələr demək olar ki, kəsilmişdir. İlham Əliyev bildirmişdir ki, xəritəyə nəzər etsək görərik ki, Naxçıvan və Azərbaycan arasındakı bölgə Türkiyə və Azərbaycan arasına vurulan bir xəncərdir. Prezidentin bəzi qüvvələr dedikdə Rusiyanı nəzərdə tutduğunu deyə bilərik.

Daha sonra İlham Əliyev keçən ilin noyabr ayının 10 – da imzalanan üç tərəfli Bəyanatda Naxçıvanla Azərbaycanı birləşdirən Mehri dəhlizinin vacibliyindən söhbət açmışdır. İlham Əliyev Mehri dəhlizinin bütün Türkd övlətləri və bölgə dövlətləri üçün çox mühim nöqtəyə çevrildiyini və yaxın bir vaxta bu dəhlizin açılışı olacağını bildirmişdir. Artıq həmin dəhlizin istifadəyə verilməsi üçün intensiv işlər aparıldığını qonaqların nəzərinə çatdırmışdır.

Bəzi ekspertlərin sözlərinə görə , Ermənistan tərəfi Azərbaycana vurduğu ziyanın dəyərini ödəyə bilməyəcəyi üçün onun əvəzində beynəlxalq məhkəmə yolu ilə Zəngəzuru geri qaytara bilər. Biz bu barədə Ermənistan mətbuatının və siyasətçilərinin təşviş içində olduqlarını açıq şəkildə hər gün eşidirik.
Hələlik Ermənistanın Azərbaycana ödəməli pulun dəyəri 70 milyard dollardır və bu rəqəm getdikcə artacağı istisna olunmur. Ermənistan kimi dövlətin büdcəsi isə 4-6 milyard arası dəyişdiyindən, Azərbaycana dəymiş ziyanı müəyyən mülk qarşılığında ödəməyə məcburdur.

Xatırladaq ki, İlham Əliyevin Zəngəzur ismarıcından sonra, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Moskvaya səfəri baş tutacaqdır. Ola bilsin ki, ölkə başçısının ismarıcı Sergey Lavrov Ceyhun Bayramov çatdırsın.
Bununla da, Azərbaycan prezidenti açıq şəkildə Ermənistana və Rusiyaya: “Zəngəzuru boşaldın və qaytarın”,- mesajı verir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: