İlham Əliyevdən qarnı ac xalqa bayram təbriki

Ölkəmizə bahar gəlsə də , xalqımızın simasında bayram ab – havası olmadığını görürük. Digər tərəfdən isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Novruz bayramı” münasibətilə xalqımızı təbrik edir. Azərbaycanda Novruz bayramı zamanı hər ailədə süfrələr açılır və bayram atributları olan sirniyyatlar hazırlanır.
Hömətli xalqımız, soruşa bilərsiniz, bu gün niyə bu bayram haqqında danışmaq istəyirik?

Hər il mart ayında bayram münasibətilə bazarlarda aktivlik hiss olunur. Lakin son illər, əsasən də bu il, ölkədə bir o qədər də bayram ab – havasının olmadığını görürük.
Bəli, İlham Əliyev çıxıb xalqı quru – quru təbrik edir, lakin düşünmür ki, Azərbaycan xalqı ac-qarına necə bayram etsin.

Çox təəssüf ki, İlham Əliyev və hakimiyyətinin siyasəti nəticəsində insanlarımızın bayram həvəsi də məhv olmuşdur.
Bəzi satış nöqtələrindən aldığımız məlumata görə, bir neçə il bundan əvvəl alıcılar kilolarla bayram ləvazimatları alırdılarsa, bu ilə yalnız qramlarla (100-500) almaqdadırlar. Ökdədə əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi, qiymətlərin bahalaşması, gəlir mənbələrinin olmaması xalqımızın sosial durumuna təsir edən amillərdir.
Beləliklə, bir – iki ildən sonra, İlham Əliyevin apardığı “uzaqgörən” daxili siyasəti nəticəsində Azərbaycan vətəndaşları “Novruz bayramı” nın yalnız adını xəyallarında qeyd edəcəklər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın