İlham Əliyevdən Nensi Pelosi və Ermənistana Şah-Mat fəndi!

Bu yaxınlarda Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və Azərbaycana qarşı təzyiqli çıxışları, İlham Əliyev hakimiyyətini buna qarşı cavab tədbirləri görməyə məcbur etdi. Amerika hakimiyyətinin üçüncü adamı kimi tanınan Pelosi Ermənistan hakimiyyətinin tələblərini yerinə yetirəcəyinə söz vermişdir. Paşinyan hakimiyyəti Vaşinqtondan Azərbaycanın qaz – neft bazarına, ölkəmizin özünə, silah satışına və İsraillə əlaqələrinə qarşı sanksiya qoyulmasını tələb etmişdir. Müəmmalısı budur ki, Vaşinqton buna hazır olduğunu və Ermənistanın atacaqları addımların olduğunu vurğulamışdır. Qeyd edək ki, burada Rusiya və İrandan uzaqlaşmaq amilləri açıq görsənir. Bu, gələcəkdə Amerika və Ermənistanın atdığı addımlar olduğunu görünür.

Bizlərə isə maraqlı İlham Əliyevin Nensi Pelosinin İrəvana gəlməsi, oradakı çıxışı və Ermənistanın lovğalanmasına verilən cavabı çox maraqlıdır. Ölkə başçısı  BP şirkətinin Gürcüstan, Azərbaycan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qarini “Dostluq” ordeni ilə təltif etməklə İrəvana və senatorlara cavab vermiş oldu. Bilirik ki, BP şirkəti dünyada ən güclü təsirə malik və beynəlxalq arenada lider olan bir şirkətdir. “Texas Neft” cəmiyyətinin əsas qoludur. Texas neft maqnatları isə Amerikada hakimiyyəti idarə edənlər kimi sayılmaqdadırlar. İlham Əliyev Amerika Senatorluğuna göstərmək istəyir ki, yəni sizin ölkədə “dəvədən böyük fil də vardır”. Azərbaycan bununla erməniləri və ermənipərəst Nensi Pelosini neytralaşdırmış oldu.

Çoxları Conuz Robert Qariyə verilən ordenin sadə bir şey olduğunu düşünsə də, bunun böyük mənası vardır. Dünya çapında Texas lobbisinin ən böyük təsirə malik olduğunu biz hələ illər əvvəl Lissabon görüşündə görmüşdük. Bu gün görünür, Azərbaycanı təkləmək istəyən Amerikadakı erməni lobbisi bərk qayaya rast gəldiyini gördü.
Sonda qeyd edək ki, Nensi Pelosinin Ermənistanda verdiyi vədlərin  yaxın zamanda necə yaddan çıxacağının şahidi olacayıq. Çünki Amerikanın daxildə və beynəlxalq aləmdə siyasətini aparan senatorlar deyil, sərmayə maqnatlarıdır!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın