İlham Əliyevdən iki açıqlama

 

Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad edilmiş Laçın və Zəngilan  rayonuna səfəri zamanı bir sıra açıqlamalarla yadda qalmışdır. Ölkə başçısının sözlərinə görə, Ermənistanın bu məğlubiyyətindən sonra erməni radikal qüvvələri Azərbaycanı hədələməyə başlamışlar – ara-sıra Azərbaycandan revanş almaq istədiklərini bildirmişlər.

Azərbaycan prezidenti onu da qeyd etmişdir ki, Ermənistan ordusu demək olar ki, məhv olmuş və 10 minə yaxın şəhidi vardır. Onların revanş istəkləri sadəcə Ermenistanın məhvi deməkdir.
Bununla, sanki İlham Əliyev müharibənin hər an yenidən başlaya biləcəyindən xəbər verir.
İkinci bir tərəfdən, İlham Əliyevin: “Laçını, Şuşanı satanlar satdı” ,- deməsi ölkədə böyük rezonans yaratmışdır. Artıq dəfələrlə İlham Əliyev bu və buna bənzər sözlərlə sabiq Müdafiə naziri Rəhim Qaziyevə söz atması müəmmalıdır. On bir ay fəaliyyətdə olan Əbülfəz Elçibəy hakimiyyətinin, hər yerdə İlham Əliyev tərəfindən günahkar çıxarılması məntiqsizdir.


Ölkə Prezidentinə xatırlatmaq istərdik ki, onun hər yerdə günahkar çıxardığı Rəhim Qazıyev birinci Qarabağ müharibəsində 52 %-dən çox torpağı azad etmişdir. O vaxt ki, hakimiyyət ölkə daxilində baş verən siyasi problemlər ucbatından Qarabağı sona kimi azad edə  bilməmişdir. Bəli sonda bildirmək istəyirik ki, 11 ay hakimiyyətdə olan Əbulfəz Elçibəy və hakimiyyətinin qusurları olmuşdur. Lakin siz və hakimiyyətiniz  28 ildə xalqın yaddaşında  nə ilə yadda qaldınız ( Azad ediln torpaqlar nəzərə alınmasaq) korrupsia, ruşvətxorluq, siyasi məhbusların həpsi və məmur öz başınacılığı və s.kimi…

Mikayıl Əsədov.

Bunu paylaş: