İlham Əliyevdən Ermənistana Xankəndi, Xocalı, Xocavənd və Zəngəzur xəbərdarılığı

İsmayıllı rayonunda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, avqustun 3-də sərhəddə baş vermiş gərginlik barəsində çıxış etmişdir. O, Ermənistana bir daha sərt xəbərdarlıq edərək bildirmişdir ki, son toqquşmalar zamanı rəsmi İrəvan da bizim gücümüzü bir daha gördü. Ölkə başçısı “Qisas” əməliyyatının xəbərdarlıq olduğunu qeyd etdi.

İlham Əliyev vurğulayıb ki, Ermənistan və havadarları bir daha Azərbaycan ordusunun 44 günlük müharibədən sonra daha güclü olduğunu hiss etdi. Onun sözlərinə görə rəsmi İrəvan anladı ki, 10 noyabr bəyannaməsinə əməl etməyəndə sonu acı nəticələr olacaq.

İlham Əliyev Ermənistana mesaj verməyi də unutmadı. O qeyd edib ki, Azərbaycan xalqı arzularına çatmış və zaman gələndə digər arzularına da çatacaqdır!
İlham Əliyevin bu çümləsində nəyə işarə olunduğunu bildirmək istərdik.
Ölkə başçısı açıq şəkildə Ermənistana Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Zəngəzuru işarə etməkdədir. Görünür, İlham Əliyevin “zaman gəldikdə” kəlməsin Rusiyanın Azərbaycan torpaqlarından çıxdıqdan sonra nə olacağa işarədir.

Görünür, İlham Əliyevin son çıxışı bu dəfə də Ermənistanı qorxuya salmışdır. Təbii ki, ölkə rəhbərliyinin əminliklə danışmağı beynəlxalq hüquq çərcivəsindədir. Bütün dünya bu torpaqların kimə məxsus olduğunu yaxşı bilir. Bir sözlə, Ermənistanın son təxribatları baş tutmadı və buna cavab olaraq Azərbaycan ordusu “Qisas” əməliyyatı keçirdi. Nəticədə bir neçə strateji yüksəklik azad olundu və düşmən tərəfi çiddi şəkildə itki verdi. Azərbaycan prezidenti bu çıxışı ilə ordumuzun gücünü yoxlamaq istəyənlərə birbaşa “Qisas”la cavab vermiş oldu.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın