İlham Əliyevdən “şok” rəqəm

 

 

Hörmətli oxucular, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı ölkə iqtisadiyyatının “inkişaf” etdiyini bildirmişdir. Ölkə başçısının sözlərinə görə o, prezident seçildiyi zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizi təşkil edirdi. Lakin dediyinə görə, bu gün bu rəqəm 5 faizə enmişdir. Ölkə başçısının bu çıxışı hansı statistikya əsaslanaraq dediyi aydın deyildir. Ən azı hər kəs 5 ildən çoxdur ki, bu rəqəmləri eşitməkdədir.
Dünyanı 2 ilə yaxındır ki, cənginə alan “COVID-19” pandemiyası inkişaf etmiş ölkələrin iqtisadiyyatına zərbə vurmaqdadır. Nəzərə alsaq ki, Amerikada işsizliyin səviyyəsi 50 faiz, yoxsulluq səviyyəsi isə 13.5 faiz artmışdır. Ən inkşaf etmiş ölkələrdən biri olan Amerikada pandemiyadan əvvəl yoxsulluğun sayı 17 faiz olmuşdur. Azərbaycanda bu fantastik rəqəmlərin hardan yarandığı məlum deyildir.


Ümumiyyətlə, bildirmək istərdik ki, dünyada yoxsulluq dərəcəsi hansı göstəricilərinə görə ölçülməkdədir.
Məsələn: dünyada insanların yoxsulluq səviyyəsi bu şərtlərlə ölçülür: Bir şəxsin heç bir borcu olmamalı, əlavə minumum 20 min dollara yaxın ehtiyat pulu olmalı, daimi iş yeri, şəxsi mülkiyyəti (ev, avtomobil) və aldığı maaşın həmin ölkədə əlavə xərclərə yetməsidir. Bu nəticələrə görə ölkədə yoxsulluq səviyyəsi hesablanır.


Azərbaycanda isə 90 faizdən yuxarı insan banklara borclu, işsizlik səviyyəsi yüksək, çoxu dilənçi vəziyyətindədir. Ölkə başçısının belə bir qərar verməyi çox müəmmalıdır. Pandemiya dövründə 190 manatı vətəndaşına qıymayan bir ölkədə, necə yoxsulluq səviyyəsi 5 faiz ola bilər?
Ola bilsin ki, İlham Əliyev bu rəqəmləri söyləyəndə məmurlar və onların yaxınlarını nəzərdə tutmuşdur. Təbii ki, İlham Əliyev prezident olduğu gündən məmurlar və yaxınları arasında yoxsulluq səviyyəsi azalmağa başlamışdır.

Bütün məmurlar və qohumları bahalı evlər və avtomobillər almağa müvəffəq olmuşlar. Dünyada inkişaf etmiş Amerika, Almaniya, Fransa, Nederland, İngiltərə, İsveçrə kimi ölkələrdə yoxsulluğun sayı 10 faizdən çoxdur.
Burda ölkə başçısı İlham Əliyevə sual vermək istərdik; əgər siz deyənlər doğrudursa, niyə tək Rusiyada Azərbaycan vətəndaşlarının sayı 3 milyonu ötür.

Rusiyaya və s. kimi ölkələrə gedən vətəndaşlarımız, Azərbaycanda olan yoxsulluq üzündən ölkəni tərk etmişlər. Çox təəssüf ki, neft-qaz ölkəsinin əhalisi bu çür pis vəziyyətdə yaşamaqdadır. Bu bir faktdır və hər şey göz qabağındadır.

Mikayıl Əsədov.

Bunu paylaş: