İlham Əliyev Vladimir Putinin göstərişi ilə, Rəcəb Tayyib Ərdoğanı Qərbdən uzaqlaşdırır

 

 

 

Artıq bir neçə ildir ki, Azərbaycan Türkiyə münasibətləri getdikcə möhkəmlənməkdədir. Əsasən də 2016-cı ildən — iyul ayının 15-dən 16-na keçən gecə Türkiyədə baş tutmayan dövlət çevrilişindən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında münasibətlər daha da yaxınlaşmağa başlamışdır. Həmin gündən sonra Azərbaycan prezidenti İlham Əliyev Qərbi ittiham etmək siyasətinə keçmişdir. Niyə məhz həmin gündən sonra?
Bu işdə birbaşa Rusiya xüsusi xidmət orqanlarının (KKB-nin )əli olduğunu düşünürəm. Həmin günlərdən sonra Türkiyə — Qərb arasında çatlar əmələ gəlməyə başlamışdır. Putin həm Avropa, həm Türkiyə, həm də Azərbaycan üzərindən bir siyasət aparmaqdadır. İlk öncə Qərbdə olan rus agentləri Ankara və Vaşinqton arasında narazılıqlar yaradır. İkinci tərəfdən Putin NATO – tərəfindən qadağa olunmuş silahını (S – 400) Türkiyəyə satır və hərtərəfli olaraq Qərb və Ankara arasında süni siyasi problemlər yaradır. Bu isə NATO və Avropa dövlətləri arasında narazılıq yaratmaqdadır.

Gəldik əsas məsələyə, sabiq Prezident Heydər Əliyev həyatı boyu Kremlə bağlı və sadiq olan şəxslərdəndir. İlham Əliyev də, şəxsən atası Heydər Əliyevin davamçısıdır. İlham Əliyevin missiyası isə Türkiyəni özünə çəkmək və Qərbi qıcıqlandırmaqdır. Putin gözəl anlayır ki, Türkiyə istənilən halda Azərbaycanı müdafiə edəcəkdir. Bu halda da Avropanın Türkiyə ilə arasında daha çox uçurum baş tutacaqdır. İlham Əliyevin əsas vəzifəsi Kremlin istəyi ilə, Türkiyəni Amerika və Avropadan ayırmaqdır. Nəzərə alsaq ki, NATO-nun tərkibinin 95 faizini Avropa dövlətləri təşkil edirsə, deməli, NATO daxilində narazılıq yaranacaqdır. Putinin əsas hədəfi Əliyevin əli ilə Türkiyəni NATO-dan ayırmaqdır.

Dünyada seçilən və siyasəti daha dərindən bilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu şifrələri çoxdan oxumusdur. Erdoğanın istəyi isə Qafqazlara rəsmən geri dönmək və bu işdə Rusiyanın səssiz qalmasıdır.

 

Bu siyasi araşdırmada İlham Əliyevin atası kimi öz rəhbərlərinə sadiq qaldığını görə bildik. Yaxın zamanda İlham Əliyevin Qərbə qarşı daha kəskin hüçumlarını görəcəyik. Hələlik Kremlin göstərişini gözdəməkdədir.

Əlavə olaraq belə bir sual ortaya çıxır:, fikirləşdiniz ki, Suriyada bir metr torpağa görə, düşmənçilik edən Rusiya, Azərbaycana gələn NATO ölkəsi Türkiyə üçün, niyə səssiz qalmaqdadır? . Bu sualı xalq olaraq özümüzə verməliyik ki, kimin kim olduğunu anlayaq…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın